Azərbaycanda 18 milyona satılan villa kimindir?
Azərbaycanda nə az, nə çox, düz 18 milyon manata mülk satışa çıxarılıb.
regionxeberlericom.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakıda, Bilgəh bağlarında 1 ha. torpaq sahəsində inşa edilən mülkün ümumi sahəsi 1700 kv.m-dir. Bu 2 mərtəbəli monolit imarət 20 otaqdan, hər otağın öz santexnika qovşağından, həmçinin 100 nəfərlik qonaq otağından və türk hamamından ibarətdir.
Həyətdə qonaqlar üçün ayrıca ev və 7 otaqlı işçi personalı üçün tikili var. Yay-qış hovuzunun, çoxlu dekorativ və meyvə ağaclarının da olduğu imarətin təmirində xarici ölkələrin bahalı brendlərinin inşaaat materiallarından və mebellərindən istifadə edilib.
Paytaxtın Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektinə yaxın yerdə, "milyonerlər küçəsi"ndə isə 15 sot torpaq sahəsində inşa edilən mülkə isə 6 milyon manata yaxın - 5 milyon 950 min amnat satış qiyməti qoyulub. Ümumi sahəsi 850 kv.m. olan və 15 otaqdan ibarət bu mülkdə foin hamamı da var, qapalı hovuz da, tennis zalı da. Lüks təmirindən, bahalı mebellərindən tutmuş meyvə və dekorativ ağacları da öz yerində...
Ölkəmizdə satışa çıxarılan başqa bir mülkə isə 5 milyon manat qoyulub. Sözügedən dəbdəbəli bağ evi Bakının Şüvəlan qəsəbəsində, "Mayak" adlanan ərazidə yerləşir. Bağ evindən çox xüsusi memarlıq üslubunda inşa edilmiş bu villa 28 sot torpaq sahəsində tikilib, mülkün özü isə 2800 kv.m. sahəni əhatə edir.
10 böyük otaqdan, 3 mətbəxdən, 2 personal otağından ibarət villa dəniz mənzərəli eyvana, lüks saunaya və trenajor zalına malikdir. Qazon və daş pilitələrlə döşənmiş həyətdə böyükhəcmli filterli hovuz, 2 mərtəbəli qonaq evi və xarici ölkədən sifarişlə gətirilmiş dekorativ ağaclar var.
Bundan başqa, Abşeron rayonu ərazisindəki Novxanı bağlarında, "ABU Petrol"dan 300 metr məsafədə yerləşən dəbdəbəli mülk isə bir qədər aşağı - 4 milyon 800 min manata təklif olunur. 1.2 hektar torpaq sahəsində inşa edilən, 2 mərtəbəli monolit, xüsusi layihə üzrə tikilmiş, ümumi sahəsi 2.500 kv. m. villa 15 otaqdan, 100 kv.m.-lik nəhəng zaldan, açıq və qapalı hovuzdan, bilyard otağından, trenajor zalından, türk və fin hamamından və s. ibarətdir, həyətində 500-dək meyvə və dekorativ ağaclarının, isçi personalı üçün ayrıca 2 mərtəbəli evin, 10 maşınlıq qarajının , şəlaləsinin, üzümlüyünün və s. olduğu bildirilir. Ən əsası isə satış elanında xüsusi vurğulanır: "Ətrafda elit qonşular yaşayır"!
Qeyd edək ki, Azərbaycanda qiyməti 1 milyon manatdan yüksək olan villalarla bağlı satış elanlarına çox rast gəlinir. Zaman-zaman isə 5 milyon və üstü qiymətlərə satılan mülklər barədə elanlar oxumaq olar.
Araşdırmaya görə, hazırda məsələn, Bakıxanov qəsəbəsində 12 sot torpaqda yerləşən 4 mərtəbəli, 800 kv.m. sahəyə malik villaya 2 milyon 850 min manat qiymət qoyulub. Bahali mebellerlə təchiz edilən bu villadan fərqli olaraq, Nərimanov rayonu Məmməd Araz küçəsində 600 kv.m. sahəsi olan 4 mərtəbəli, 10 otaqlı imarətin satış dəyəri 3 milyon 500 min manat göstərilir.
Paytaxtın Xəzər rayonunda yerləşən Zağulba bağları ərazisində, dənizdən 300-400 m. məsafədə yerləşən, 1 ha torpaq sahəsində tikilmiş, ümumi sahəsi 950 kv.m.-i əhatə edən, əla təmirli, 14 otaqdan ibarət, eləcə də ayrıca 2 mərtəbəli qonaq evi olan, həyətində böyük hovuzdan tutmuş aquaparka, meyvə və dekorativ ağaclara, həmçinin futbol meydançasına malik dəbdənbəli imarətin qiyməti isə bundan bir qədər artıqdır: 3 milyon 600 min manat.
Hətta bir neçə il əvvəl, ilk devalvasiyanın baş verdiyi günlərdə Bakıda "Avropa" otelinin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında 35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villanın satış qiyməti 12 milyon manat müəyyənləşdirilmişdi. Bildirilirdi ki, imarətin təmirində istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib.
Bu cür nümunələrin sayını xeyli artırmaq olar.
İndi isə gələk 18 milyonluq villaya: əlbəttə, satış elanları əsasında bu çox dəbdəbəli və bahalı imarətlərin sahiblərinin kimliyini müəyyənləşdirmək çətin deyil, baxmayaraq ki, təxmin etmək asanlıqla mümkündür. Onlar ya hansısa iri və ya orta məmura məxsusdurlar, ya da belə məmurların himayəsindəki iş adamlarına.
Əsas sual başqadır: Azərbaycanda bir nəfər də rəsmi milyonçu olmadığı halda, dəyəri milyonlarla ölçülən bu mülklər necə inşa edilib, onlara müştəri hələ də necə tapılır?
Bu sual ətrafında baş sındırmadığımız, ona cavab tapmadığımız müddətdə isə ölkədə korrupsiyanın azalmasından da, ləğvindən də danışmaq lətifədən başqa bir şey deyil...
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-08-2019, 15:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-08-2019, 15:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16