“Məhkəmə xeyrimizə qərar çıxarsa da, DİM icra etmir” - GİLEY
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul imtahanında iştirak etmişik. İmtahanda verilən test tapşırıqlarının çoxu ya heç bir hüquqi, məntiqi əsası olmayan söz oyunları üzərində qurulur, ya da testin şərtlərində və cavab variantlarında qanunun mahiyyətini tamamilə təhrif edən, özündə bir-birini təkzib edə bilən anlaşılmaz cümlələrdən istifadə edilir ki, onlar da Azərbaycan dilin qrammatikasına uyğun deyil”.
Bu iddia ilə “Qafqazinfo”ya DİM-in fevralın 17-də BA vəzifə qrupları üzrə keçirilən imtahanında iştirak edən bir qrup namizəd müraciət edib.
Onların sözlərinə görə, artıq neçənci dəfədir ki, test imtahanlarında yanlış testlər qoyulur və ya testlərdə yanlış cavablar götürülür: “Misal olaraq DİM-in 17 fevral tarixində BA vəzifə qrupları üzrə keçirilən imtahanında təqdim olunan test tapşırıqlarını qeyd etmək olar. Xüsusən də qanunvericiliklə bağlı suallarda daha çox səhv və yanlışlıqlar, habelə qeyri-müəyyənliklər müşahidə edilir.
Açıq testlərlə bağlı da problemlər var, belə ki, doğru cavab variantlarının biri söz oyunu, digəri məntiqi yanaşma, üçüncüsü isə “səriştəlilik” prinsipi əsasında götürülüb. Elə təəsürat yaranır ki, DİM minlərlə dövlət qulluqçusunun gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarının təhlilini aparmır, test tapşırıqlarının tərtibi üçün vahid standart və yanaşmalar müəyyən etmir, eyni zamanda testlərin izahında vahid mövqe nümayiş etdirmir, hər bir test üzrə ən müxtəlif mövqedən yanaşır. Və buradan isə haqlı bir sual yaranır ki, namizədlər testləri işləyərkən hansı testə DİM-in hansı mövqeyindən yanaşsın? DİM-in keçirdiyi imtahanlar prosesində ekspertlərin səhlənkarlığı ucbatından vaxtaşırı bu kimi hallara rast gəlinir. Dövlət qulluğuna qəbul üzrə proqramdan kifayət qədər xəbəri olmayan şəxslər sual hazırlayaraq namizədlərin vaxtını almamalıdır”.
Şikayətçilərin sözlərinə görə, fevralın 17-də dövlət qulluğuna qəbul üzrə keçirilən imtahan suallarından bir neçəsi ilə bağlı Bakı İnzibati Məhkəməsi qərar çıxararaq həmin testlərin DİM tərəfindən yanlış tərtib edildiyi və onların namizədlərin xeyrinə hesablanaraq ballarına əlavə olunması ilə bağlı qərar qəbul edib. Lakin DİM tərəfindən həmin qərar icra olunmur və namizədlərin xeyrinə ballar hesablanmır.
Problemlə əlaqədar Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanı üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması” Qaydasına uyğun olaraq test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırıqlarının cavab verməli olduğu tələblər qeyd edilən Qaydada müəyyən edilib.
“Açıq tipli test tapşırıqları isə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən peşəkar mütəxəssislər tərəfindən hazırlanaraq ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil edilmiş test tapşırıqları imtahanlarda istifadə edilir. Test tapşırıqları ekspertizadan keçirilərkən müvafiq tələblərə cavab vermədikdə onlar təsdiqlənmir və imtahanlarda istifadə olunmur.
İmtahanda istifadə olunan bəzi tapşırıqlar terminoloji və faktoloji xarakter daşıyır ki, bu tapşırıqlar termin və anlayışları, elmi faktları və prinsipləri bilmə səviyyəsini yoxlayır. Eyni zamanda imtahanda analitik təfəkkürü və təhliletmə bacarıqlarını yoxlayan tapşırıqlardan da istifadə olunur. Tapşırıqlar çətinlik dərəcəsinə görə də fərqlənir. Sadə, orta və mürəkkəb test tapşırıqlarının imtahan iştirakçıları tərəfindən cavablandırılma statistikası, təbii ki, eyni deyil. Mürəkkəb test tapşırıqlarını düzgün cavablandırmağa namizədlərin daha az qismi nail ola bilir. İmtahanlardan sonra istifadə olunmuş mürəkkəb test tapşırıqları ətrafında ictimai müzakirələr də aparılır və bu, normal haldır”.
DİM-dən, həmçinin bildirilib ki, bu ilin fevralında keçirilmiş imtahandan sonra Apellyasiya Komissiyasının qərarından şikayət vermiş namizədin iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib: “Barəsində danışılan iddia ilə bağlı qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi üçün onun məzmununun mediada həqiqət kimi təqdim edilməsi ictimai rəyin çaşdırılmasına xidmət edə bilər. Hazırda məsələ ilə bağlı qəbul olunmuş qərardan hüquqi prosedurlar çərçivəsində icraatın davam etdirilməsi üçün DİM tərəfindən tədbirlər görülür”.
Qeyd edək ki, 2017-ci ilin noyabr ayından başlayaraq DİM tərəfindən dövlət qulluğuna qəbulun test mərhələsi üzrə imtahan keçirilir və bu imtahanların nəticəsində 16 833 nəfər müxtəlif növ sertifikat əldə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2023, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər