reklam
Regionxeberlericom.az » Araşdırma » Avqust ayında hava necə olacaq?

reklam

Avqust ayında hava necə olacaq?


















Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə (Böyük Qafqaz) normadan bir qədər çox olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin avqustun 3-ü gündüzdən 4-ü axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 29-34°, bəzi günlərdə 36-41° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 6-8 millimetr).

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 31-36°, bəzi günlərdə 38-43° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 6-10 millimetr).

Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 21-26°, bəzi günlərdə 29-34° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 26-55 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturu 20-23° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 20-25°, bəzi günlərdə 29-34° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 15-37 millimetr).

Gəncə şəhərində, Qazax, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 36-41° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 19-27 millimetr).

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 25-30°, bəzi günlərdə 33-38° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir (norma 13-116 millimetr).

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 38-43° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-22 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 23-28° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 36-39° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 13-83 millimetr).




Paylaş:


Müəllif : Tarix:
1-08-2023, 14:35
Sikayət   


loading...
Загрузка...