Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb.
Terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib.
Radikal dini təriqətlərdən birinə mənsub olan Samir xarici ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrə qoşulduğu üçün onun barəsində cinayət işi açılıb və axtarışa verilib. Daha sonra isə o, Dağıstan ərazisində tutulub.
Məlumata görə, Samir İbrahimovla birgə İŞİD terror təşkilatının üzvləri: Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov və Şamil Maqomedov da tutulub.
Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq". \\Publika.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-03-2019, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-03-2019, 11:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…