2 milyonluq torpağı ələ keçirməkdə ittiham olunurdu - Bəraət aldı
Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Hökmə əsasən Ə.Hüseynova bəraət verilib. Prokuror ona 5 il həbs cəzası tələb etmişdi.
Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-08-2023, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər