reklam
Regionxeberlericom.az » Araşdırma » Xəstələrə əzab verənlərə hökm oxundu

reklam

Xəstələrə əzab verənlərə hökm oxundu
















"New Life" reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.  

Bundan başqa dəymiş ziyana görə, O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Qeyd edək ki, "New Life" Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.

Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunur ki, işgəncə nəticəsində pasiyentlər biri Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.




Paylaş:


Müəllif : Tarix:
8-08-2023, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər