reklam
Regionxeberlericom.az » Araşdırma » Politoloqla sabiq məmurun TORPAQ DAVASI... NƏ YERDƏDİR?

reklam

Politoloqla sabiq məmurun TORPAQ DAVASI... NƏ YERDƏDİR?















“Mən ev növbəsi əvəzinə verilmiş Badamdar qəsəbəsindəki 6 sot torpaq sahəsinin başqa birisi tərəfindən mənimsənlməsi, hələ ki mənə qaytarılmamasından Prezidentə, vitse-prezident Mehriban xanıma yazmışam. Ümid edirəm ki, məsələ haqq-ədalətlə həll olunacaq, torpağım mənə qaytarılacaq”.

Bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib.

Qabil Hüseynliyə məxsus olan, Bakının Badamdar qəsəbəsindəki 6 sot torpaq sahənin zəbt olunmasını haqda yazmışdıq. Həmin torpaq sahəsi ona 1994-cü ildə mərhum prezident Heydər Əliyevin göstərişi ilə ayrılıb. Sonradan həmin torpaq sahəsi Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbayel rayon təşkilatının idarə heyətinin eks-üzvü Rizvan Vahabov tərəfindən zəbt olunub.

Qabil Hüseynli bildirib ki, 6 sot torpaq sahəsi 2003-cü ildə müxtəlif saxta sənədlərlə əlindən alınıb. Həmin saxta sənədlər əsasında torpağı Məmmədov Tahir Yusif oğlunun adına keçirilib.

Q.Hüseynli torpağın ona aid olmasını təsdiqləyən sənədləri də redaksiyamıza təqdim edib: “Redaksiyanıza müraciətimdə Rizvan Vahabovun adını çəkməyim təsadüfi deyil. Torpağımın əlimdən alınmasına o himayədarlıq edib və torpağın müxtəlif sənədlərlə əlimdən alınmasına yardım edib. Mənim möhtərəm Prezidentə müraciətimin əsası da odur ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə mənə ayrılan torpağı saxta sənədlərlə, qanunsuzluqla əlimdən alıblar. Torpağım zəbt olunandan sonra mənə dedilər ki, Məmmədov Tahir Yusif oğlu Rizvan Vahabovun qohumudur. İndi də Rizvan Vahabov yaxasını kənara çəkir. Halbuki həmin torpaq sahəsini mənə ayırarkən eyni sərəncamla Xalq şairi Bəxtiyar Vahabzadəyə, akademik Nizami Süleymanova da elə mənim qonşuluğumda torpaq sahəsi ayrılıb. Mən orada torpağı hasarlamışam, kommunikasiya xətləri çəkmişəm. Mən öz torpağımı, zəbt olunmuş torpağımın mənə qaytarılmasını istəyirəm. Rizvan Vahabov mənə məhkəmə yolunu göstərir. Mən məhkəmə yoluna da baş vuracağam. Amma indi mən Prezidentin ədalətinə sığınaraq ona müraciət etmişəm ki, qoy bu proseslərin araşdırılması onun nəzarəti altında olsun. İstəyirəm ki, saxtakarlıqdan əl çəkib mənim torpağımı qaytarsınlar. 2 aydır ki, bu məsələlər araşdırılır, mənə deyilənə görə, uyğun qərar qəbul ediləcək”.

Qabil Hüseynli deyir ki, bu məsələdən ölkə rəhbərliyinin məlumatlı olması çox önəmlidir: “Cənab Prezident məni şəxsən tanıyır, çəkdiyim əziyyətlər barəsində də məlumatlıdır. O torpağın mənə şəxsən mərhum prezident tərəfindən ev növbəsindən çıxmaq şərtilə ayrıldığını da bilir. Bir dərəbəylik şüuruna malik olan birisi torpağımı qamarlayıb. Mən əvvəlcə bu məsələni insani yollarla həll etməyə çalışdım. Lakin o, hər şeyi üstündən atdı, hətta ünvanıma təhqir belə işlətdi. Ən başlıcası budur ki, o adam yalançı yollarla torpağıma saxta sərəncam əldə edib. Hansı ki, torpağın mənə ayrılması haqda orijinal sərəncam mənim əlimdədir. Bununla bağlı digər sənədlər də mənim əlimdədir.

Ümidimi üzməmişəm, ölkə Prezidentinin, vitse-prezidentin humanizminə inanıram. İnanıram ki, onlar məsələdən hali olarlarsa, əsas problem bundadır, çünki məktublarımın Prezidentə çatmasına ciddi əngəllər var. Prezident bu məsələdən məlumatlı olsa, problemin həllinin an məsələsi olacağına əminəm. Ümid edirəm ki, möhtərəm cənab Prezident İlham Əliyevə yolladığım məktuba baxsa, onun göstərişi ilə bu məsələnin ciddi şəkildə araşdırılması aparıla bilər və haqq öz yerini tutar. İnanıram ki, “Yeni Müsavat”da dərc olunan bu yazının əks-sədası Prezidentə çatacaq və o, ədalətin bərqərar olması üçün göstəriş verəcəkdir".





Paylaş:


Müəllif : Tarix:
16-08-2023, 09:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər