reklam
Regionxeberlericom.az » Araşdırma » Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi bilindi - Adlar

reklam

Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi bilindi - Adlar
















Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

RegionXəbərləricom.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib:

"4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".

Kimliyi müəyyən edilənlərin siyahısını təqdim edirik:

İbrahimov Vəliyyəddin Səhləb oğlu

Abdullayev Nurəli Hacıbaba oğlu

Qurbanov Nofəl Nəriman oğlu

Rüstəmov Araz Bağır oğlu

Abbasov Məhərrəm Abbas oğlu

Niftəliyev Adil Kamal oğlu

Qarayev Qafar Qənbər oğlu

Hüseynov Əli Heydər oğlu

Hüseynov Gülverdi Ağahüseyn oğlu

Mikayılov Baba Balakişi oğlu

İsayeva Sənəm Həsən qızı

Əzizov Yusif İsmayıl oğlu

Musayev Mehman Kamal oğlu

Allahverdiyev Şəmsəddin Əvəz oğlu

Məmmədov Əsəd Məmməd oğlu




Paylaş:


Müəllif : Tarix:
18-08-2023, 17:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər