reklam
Regionxeberlericom.az » Araşdırma » Naxçıvanda DVX sahibkarları lazımsız internet paketini almağa məcbur edir?

reklam

Naxçıvanda DVX sahibkarları lazımsız internet paketini almağa məcbur edir?

















Naxçıvanda Dövlət Vergi Xidmətinin istifadə olunmayan internet üçün ticarət obyektlərinin hər birindən aylıq 15 manat pul tələb etdiyi iddi olunur.

Bu barədə “Gündəlik Naxçıvan”a sahibkarlardan bəziləri məlumat veriblər.

Onlar bildirirlər ki, 5 giqabayt həcmində olan bu internet paketi Naxçıvanda tətbiqinə bu yaxınlarda başlanılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) təminatı bəhanəsi ilə satılır. Sahibkarlar bildirirlər ki, NKA-ları öz obyektlərindəki internet şəbəkəsinə qoşurlar və onların DVX-nin təklif etdiyi paketə ehtiyacları yoxdur. Buna baxmayaraq, yenə də onlardan internet paketinin pulunun alındığını bildirirlər.

Naxçıvan şəhər sakini olan sahibkar B. Ağayev deyir ki, DVX-dən onlara hesab nömrəsi verilib və hər ay pulun ora ödənməsini tələb edirlər:

“Öncə məcbur etdilər ki, 470 manat ödəyib yeni NKA alaq. Obyektimdə internet olmasına və əlavə internetə ehtiyac olmamasına baxmayaraq, indi mənə kod veriblər ki, hər ay buraya 15 manat ödəməlisən. Buna görə bizə 5 GB internet verirlər. Axı, bu bizə ehtiyac deyil, niyə əlavə xərc çəkməliyik? Hamısı pul tələsidir. Naxçıvanda minlərlə obyekt var və bu hər ay 100 minlərlə manat edir”.

Kəngərli rayonundan olan sahibkar C. Yusifov isə deyir ki, mağazasında güclü internet olsa da, ondan NKA-nı DVX-nin təklif etdiyi internetə qoşmağı tələb ediblər:

“Obyektimdə güclü internet var. Əslində bilirəm ki, kassa aparatını həmin internetə qoşmaq mümkündür. Lakin qoşmurlar. Deyirlər ki, qoşa bilərik, hətta NKA daha da yaxşı işləyər. Lakin sən yenə də verdiyimiz koda hər ay 15 manat ödəməlisən. Səbəbini isə açıqlamırlar. Mən nəyə görə kiminsə cibini doldurub, artıq xərc çəkməliyəm. Minlərlə sahibkar var. Bu minvalla ildə kimlərinsə cibinə milyonlarla pul axır”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilən əlaqə vasitələri ilə əlaqə saxlamaq mümkün olmadı.




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 14:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər