Fuad qalan ömrünü həbsdə keçirəcək...
Beyləqanın Tatarlı kəndində 4 nəfəri öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Fuad Cəlilzadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Şirvan Apellyasiya Məhkəməsində keçirilən ikinci iclasda F.Cəlilzadə şikayətdən imtina etdiyini elan edib.
O, verilmiş cəza ilə razılaşıb, əlavə araşdırmaya ehtiyac görməyib. Təqsirləndirilən şəxsin istəyi yerinə yetirilərək, yekun məhkəmə aktı çıxarılıb.
Bu qərarla 27 yaşlı F.Cəlilzadə barəsindəki hökm qanuni qüvvəyə minib. O, qalan ömrünü Qobustanda yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.
Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən verilmiş şikayətdə ömürlük azadlıqdan məhrum etmənin müddətli cəza ilə əvəzlənməsi xahiş edilmişdi.
Sail Ağasəlim
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2023, 15:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər