Pentaqon UNO-larla bağlı məxfi məlumatları təqdim edəcək
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Naməlum Uçan Obyektlər” (UFO) haqqında “Naməlum Anomal Hadisələr” (UAP) adlanan məxfi məlumatların təqdim edilməsi üçün yeni internet saytı istifadəyə verib.
Bu barədə Pentaqondan məlumat verilib.
Pentaqonun sözçüsü Patrik Rayder mətbuata verdiyi açıqlamada qurumun UFO-ları öyrənmək səylərini dəstəkləmək üçün Universal Anomaliyaların Həlli Ofisi (AARO) tərəfindən idarə olunan "www.aaro.mil" internet saytını yaratdıqlarını bildirib.
P. Rayder saytda məxfilik qrifi aradan qaldırılmış və ictimaiyyətə açıqlanmasına iczə verilmiş anomal hallar barədə videoların, fotoşəkillərin və məlumatların təqdim ediləcəyini, həmçinin, rəsmi hesabatların, stenoqramların, press-relizlərin, bir sözlə, ictimaiyyət üçün faydalı ola biləcək bütün mənbələrin yer alacağını bildirib.
Həmçinin, Rayder vurğulayıb ki, Pentaqonun UFO-larla bağlı fəaliyyətlərini ictimaiyyətə şəffaf şəkildə təqdim etmək öhdəliyi var.
Qeyd edək ki, Pentaqonun 2023-cü ilin yanvar ayında dərc etdiyi "UAP 2022" hesabatında ABŞ ordu bölmələrinin, həmçinin, müxtəlif qurumların fəaliyyətləri nəticəsində 510 UFO hadisəsinin qeydə alındığı vurğulanmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2023, 19:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər