reklam
Regionxeberlericom.az » Araşdırma » Prezidentin rektor təyin etdiyi şəxslər kimdir?

reklam

Prezidentin rektor təyin etdiyi şəxslər kimdir?

















Xəbər verdiymiz kimi, bu gün Prezident İlham Əliyev iki universitetə yeni rektorlar təyin edib. Belə ki, dövlət başçısının müvafiq sərəncamları ilə, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin, Yaqub Piriyev isə Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Yeniavaz.com xəbər verir ki, Rüfət Əzizov bu təyinatadək Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib.

















Qeyd edək ki, “Trend” Rüfət Əzizovla bağlı məlumatlar dərc edib.

Bildirilir ki, o, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olub.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub. (Chartered Scientist).

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə “BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.

Ailəlidir. 2 övladı var.

















Yaqub Piriyev isə daha əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.




Paylaş:


Müəllif : Tarix:
13-09-2023, 18:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər