Bəxtiyar Sadıqovdan Siyavuş Novruzova etiraz: “Bu pulu bizə kim ödəyəcək?”
Komitə sədrinin həm partiya, həm də deputat həmkarı olan, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov onun dediklərinə qarşı çıxdı:
“Bizim İctimai birliklər və dini qurumlar komitəsinin sədrinin fikirləri ilə tanış oldum. Burada bəzi məqamlar var ki, onu düzgün yanaşma hesab etmirəm. Bunun da səbəbləri var”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov millət vəkili Siyavuş Novruzovun rəsmi qəzetlərddə başsağlıqlarının qadağan olunacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər.
“Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər.
Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun. Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik.
Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur.
Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?
Cənab prezidentin sosial paketi oldu. Bütün insan qruplarının hamısı o sosial paketdən bəhrələndi. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar da bundan bəhrələndi. Cənab prezident KİV-in İnkişafına Dəstək Fondunun dəstəyi ilə müstəqil mətbuatın maliyyələşməsinə çox böyük şərait yaradır. Sistemli şəkildə onlar maliyyələşirlər. Amma bizim qəzet bundan da kənardadır. Çünki bizim təsisçimiz dövlət qurumu, yəni Milli Məclisdir. Parlament isə bizə nə bir manat pul verir, nə də ayrıca bir maliyyə dəstəyi etmir. Ümumiyyətlə, heç bir şey etmədiyini açıq şəkildə söyləyirəm.
Baxmayaraq ki, qəzetimizin nizamnaməsində bütün maddi, maliyyə və texniki dəstəyin hamısını Milli Məclisin etməli olduğu yazılıb. Məsələnin çox mühüm olan bir tərəfi də var.
Bilirsiniz ki, Azərbaycanda mətbuat azadlığı var. Bu azadlığın müstəqil, rəsmi və dövlət qəzetlərinin hər birinə aidiyyəti var. İnanmıram ki, qanunla mətbuata qadağan oluna kı, sən elan götürmə, elan vermə. Azərbaycanda heç vaxt inanmıram ki, mətbuat və söz azadlığı ilə bağlı məhdudlaşdırıcı qanun qəbul olunsun, yaxud da məhdudlaşdırıcı maddə olsun. Ona görə də millət vəkili, həm də yeganə rəsmi qəzetin redaktoru kimi, bu mövqeyi qəbul etmirəm.
Burada qəzetin fəaliyyətinə qanuni şəkildə mane olma var. Azərbaycanda isə heç vaxt mətbuat azadlığı məhdudlaşdırılmayıb. Bizdə çox ciddi maliyyə sıxıntısı da yaranacaq. Bütün bu məsələləri həll yoluna qoymadan belə bir qanunun qəbulunu tez sayıram. Bunun mənəvi tərəfləri də var. İnsanlara şərait yaratmaq lazımdır ki, bir-birilərinin dərdlərinə şərik olsunlar, insanlar hüzr yerinə getməyə yüz kilometrlərlə yol sərf etməsinlər. Dünyanın bir çox ölkələrində başsağlıqları yarım səhifə verilir. Bir insanın imkanı var ki, başsağlıqlarını qəzetdə verdirir. Bu məcburiyyət deyil, könüllü bir şeydir. İnsanların bu istəklərinin qarşısına sədd çəkmək olmaz”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-08-2019, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-08-2019, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20