İcra başçısı jurnalistin məhkəməsində dindirildi: “Sanki Azərbaycanda yaşamırsınız”
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
RegionXəbərləricom.az "Meydan TV"yə istinadla xəbər verir ki, o, sentyabrın 15-də “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində dindirilib.
Adil Vəliyevin bu məhkəmə prosesinə cəlb olunması Sabunçu qəsəbəsi, Elşən Mehdiyev 15 ünvanında inşa olunmuş “Nur” marketlə bağlıdır. Əvəz Zeynallıya həmin obyektlə bağlı da ittiham verilib.
Əvəz Zeynallıya qarşı ittihamlardan biri də bəzi vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə bağlıdır. Cinayət işində Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərməkdən söhbət gedir. İddia olunur ki, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb. Sabunçu qəsəbəsindəki obyektin sahibi Ruslan Vəliyevdən də 7 min manat pul alındığı iddia olunur.
İcra başçısı məhkəmədə Əvəz Zeynallını necə tanıması haqda danışarkən bildirib ki, “Xural TV”də bir qadının şikayəti yayımlanıb:
“Nömrəsini axtarıb tapdım, ona zəng etdim. Həm onu, həm də qadını birlikdə qəbuluma çağırdım. Məsələni olduğu kimi danışdım. Əvəz Zeynallı başa düşdü ki, qadına qarşı haqsızlıq olmayıb. Onun istədiyi şey qanunsuzdur. Amma qadın yenə narazı qaldı”.
Adil Vəliyev cinayət işində araşdırma predmeti olan mağaza ilə bağlı Əvəz Zeynallı ilə aralarındakı söhbətdən da danışıb. Onun sözlərinə görə, həmin obyektin tikintisi qanunsuz olduğuna görə Sabunçu qəsəbə nümayəndəliyi əvvəl bir dəfə onu sökmüşdü. Sonradan Əvəz Zeynallı ona zəng edib:
“Sabunçu qəsəbəsində bir qeyri-yaşayış sahəsinin tikintisiylə əlaqədar qəsəbənin icra nümayəndəsilə tikinti sahibi Ruslan Vəliyevin mübahisəsi olmuşdu. Bununla əlaqədar Əvəz Zeynallı mənə zəng vurub xahiş etdi ki, kasıb adamdı, müdaxilə etməsinlər, tiksin. Mən də göstəriş verdim ki, müdaxilə etməsinlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2023, 20:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər