reklam
Regionxeberlericom.az » Araşdırma » Baş Prokurorluğun 18 milyonluq tenderlərini bu şirkətlər uddu

reklam

Baş Prokurorluğun 18 milyonluq tenderlərini bu şirkətlər uddu


















Baş Prokurorluğun keçirdiyi tender müsabiqələrinin qalibləri “Azəraqrartikinti” ASC və “Crystal İnşaat” ASC olub.

Baş Prokurorluq tikinti işlərinə görə “Azəraqrartikinti” ASC-yə 10 milyon 222 min 299 manat 74 qəpik, “Crystal İnşaat” ASC-yə isə 7 milyon 610 min 978 manat 49 qəpik ödəyəcək.

Belə ki, “Azəraqrartikinti” ASC Bakı şəhəri Nəsimi, Nərimanov, Binəqədi rayon prokurorluqlarının yeni inzibati binalarının, Bakı şəhər prokurorluğunun istismarı üçün yeməkxana, inzibati otaqlar və 141 nəfərlik iclas zalının tikinti işlərini görəcək.

“Crystal İnşaat” ASC isə Kürdəmir, Şəki və Bakı şəhəri üzrə Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikinti işlərini həyata keçirəcək.

Nizamnamə kapitalı 11 milyon 229 min 400 manat olan “Azəraqrartikinti” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Ramin Cümşüd oğludur.

“Crystal İnşaat” ASC-nin isə nizamnamə kapitalı 4 min manatdır. ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Rəsulov Rəsul Məhəmmədəli oğludur.





Paylaş:


Müəllif : Tarix:
15-09-2023, 23:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər