reklam
Regionxeberlericom.az » Araşdırma » Qənirə Paşayevanın son durumu

reklam

Qənirə Paşayevanın son durumu


















Sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayevanın vəfat etməsi xəbəri yayılıb.

Deputatın qardaşı Hüseyn Paşayev APA-ya açıqlama verərək bildirib ki, Q. Paşayevanın müalicəsi davam edir.

“Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, Q. Paşayevanın əmisi, professor Qəzənfər Paşayev də bu gün Oxu.az-a açıqlama verib. O bildirib ki, Q. Paşayevanın vəziyyəti stabildir.

Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib:

“Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.

Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib:

“Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.




Paylaş:


Müəllif : Tarix:
25-09-2023, 22:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər