reklam
Regionxeberlericom.az » Araşdırma » Ölən fələstinlilərin sayı 788-ə çatdı – Yenilənib

reklam

Ölən fələstinlilərin sayı 788-ə çatdı – Yenilənib


















İsrailin Qəzza zolağına endirdiyi zərbələr və İordan çayının qərb sahilindəki toqquşmalar nəticəsində ölənlərin sayı 788-ə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmi Telegram kanalında dərc olunan xülasəyə görə, İsrailin Qəzza zolağına atəş açması nəticəsində 788 nəfər ölüb, 4100-ə yaxın insan yaralanıb.

Qeyd edək ki, bundan əvvəl toqquşmalar nəticəsində 700-ə yaxın fələstinlinin öldüyü, 3700-dən çox fələstinlinin isə yaralandığı bildirilmişdi.

***09.04

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına aid çoxsaylı hədəflərə irimiqyaslı zərbələr endirir”, - deyə qurumun rəsmi Teleqram kanalında bildirilib.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb. Son rəsmi məlumatlara görə toqquşmalar nəticəsində 700-ə yaxın fələstinli ölüb, 3,7 mindən çoxu yaralanıb. Ölən israillilərin sayı isə 900-ə çatıb, 2,6 mindən çox yaralının olduğu bildirilir.

HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab olaraq izah edir. İsrail müharibəyə hazır vəziyyətə keçdiyini və Qəzza zolağının tam blokadaya alındığını elan edib.




Paylaş:


Müəllif : Tarix:
10-10-2023, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər