SABİQ NAZİRİN ŞİRKƏTİ ZİYANI QAPADA BİLMİR – Zərər 4.4 milyon manatdır
Bir vaxtlar ölkənin ən iri və gəlirli sığorta şirkətlərindən olan “AtaSığorta” ASC heç də ən gözəl günlərini yaşamır. “AzPolitika.info”nun məlumatına görə, şirkətin avqustun əvvəlinə olan maliyyə nəticələri göstərir ki, ilin birinci yarısında qazanc əldə edilsə də, “AtaSığorta” yığılmış zərərin böyük hissəsini qapada bilməyib.
Hesabatdan məlum olur ki, cari ilin ilk yarısında “AtaSığorta”nın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 12,9% və ya 2,5 mln. manat azalaraq 16 mln. 825 min 429 manat olub. Sığorta şirkətinin cəmi kapitalı isə təqribən 12,2% artaraq 10 mln. 219 min 819 manata çatıb ki, bu da onun nizamnamə kapitalından azdır. Belə ki, “AtaSığorta”-nın nizamnamə kapitalı 14,6 mln. manatdır.
Yanvar-iyun ayları ərzində “AtaSığorta” ASC-nin cəmi gəlirləri 14 mln. 26 min 959 manat, cəmi xərcləri isə 12 mln. 914 min 217 manat təşkil etdiyi üçün şirkət 2019-cu ilin ilk yarısını 1 mln. 112 min 742 manat xalis mənfəətlə başa vurub. Lakin bu mənfəət son illər yığılmış zərərin yalnız təqribən 20 faizini qapada bilib. Belə ki, 1,1 mln. manat mənfəət qazanan “AtaSığorta”nın yığılmış zərəri 5,5 mln. manatdan 4,4 mln. manata düşüb. Hətta bu tempi saxlamaq mümkün olsa belə, yığılan zərəri qapatmaq üçün hələ bir neçə il lazım gələcək.
Qeyd edək ki, vaxtilə ölkənin sığorta bazarında aparıcı oyunçulardan biri olan bu şirkət hazırda sığorta yığımlarının həcminə görə yalnız 10-cu sıranı tuta bilib.Müqayisə üçün qeyd edək ki, cari ilin Yanvar-İyun aylarında sığorta bazarının lideri olan Paşa Həyat Sığortanın topladığı vəsait 132 milyon manata yaxın olduğu halda, “AtaSığorta”da bu göstərici cəmi 11 milyon manat olub.
Şirkətin son illərdə “axsamasının” səbəblərindən biri sabiq vergilər naziri Fazil Məmmədovun “büdrəməsi” – vəzifəsindən azad edilməsilə bağlı ola bilər. Belə ki, bu sığorta şirkəti “Ata Holding”-in tərkibindədir. Mətbuatda isə bu holdinqin vaxtilə sabiq vergilər nazirinin nəzarətində olduğu, son vaxtlar isə əlindən alındığına dair məlumatlar dərc edilib. Ancaq bu, hələlik təsdiqini tapmayıb…
Onu da qeyd edək ki, bu ilin aprel ayında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta”-ya verilmiş lisenziyanın məhdudlaşdırılması barədə qərar qəbul edilmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-09-2019, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-09-2019, 16:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07