reklam
Regionxeberlericom.az » Araşdırma » Nəcməddin Sadıkovla bağlı araşdırma başladıldığı deyilir

reklam

Nəcməddin Sadıkovla bağlı araşdırma başladıldığı deyilir



















Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.

RegionXəbərləricom.az xəbər verir ki, “Qafqazinfo” hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrıldığını yazıb.

Qeyd olunur ki, onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Bildirilir ki, hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.




Paylaş:


Müəllif : Tarix:
2-11-2023, 14:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər