reklam
Regionxeberlericom.az » Araşdırma » CHP-nin yeni lideri Özgür Özəl - Kimdir? + Video

reklam

CHP-nin yeni lideri Özgür Özəl - Kimdir? + Video
















Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

Partiyanın 8-ci başqanının avtobioqrafiyasını təqdim edirik:

Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.

2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.















Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.

Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü partiyadır.





Paylaş:


Müəllif : Tarix:
5-11-2023, 16:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər