Həyat həqiqətləri silsiləsindən. Məşhur və faciəvi, "Ağayev işi".
80-ci illərin 2-ci yarısıdır. Moskvadan köçürmə ilə (SSRİ Nazirliyinin əmri ilə), anamın xəstəliyi ilə əlaqədar, müvəqqəti iş yerimi Azərbaycana təyin etdilər, sonradan qayıtma şərti ilə, çünki evim, qeydiyyatım Moskvada idi, (Lyubersıda). Bakıda rəhbərlik bildirdi ki, yalnız 1 boş yerdir, Stepanakertə və hələlik oraya göndərə bilərik. Ancaq 1-2 ay Bakıda ol, ağır işlərimizə kömək ol bir qədər, güclü Moskva məktəbi keçmisən və sonra təyinat verərik, get Dağlıq Qarabağa.
Dəmiryol vağzalının üstü, Təbriz küçəsi tərəfdə "Qarabağ" mehmanxanası vardı, ucuz idi oraya yerləşdim. Ertəsi gün rəis çağırdı, gördüm tam rəhbərlik oturub məsləhətləşirlər, sənədləri və xeyli cinayət işlərini stolun üstünə töküb. Rəis dedi, İlqar, bir ağır komission ekspertiza var və rus dilində aparılıb, özü də, mürəkkəb ölüm işi. İş də, 2 ildir davam edir, Ali Məhkəmədədir. Bu işi veririk sənə, gənc, savadlı enerjilisən, götür.
8 cild iş idi, iş otağım da hələ təyin olunmayıb, mən nə edim bu cildləri, harda oturum məşğul olum, ölkə üzrə səs-küy, mübahisə salan, həm müttəhimi güllə cəzası gözləyən işdir. Və allah etməmiş bir cild itirsəm aləm qarışar, bataram. Rəhbərliyi isə, heç maraqlandırmır, iş şəraitim.
Nə isə, vurdum cinayət işi cildlərini qoltuğuma və Moskva nomrəsi ilə 06-Lada maşınım vardı, qoydum arxa yük yerinə, gəldim həmin oteldə yaxşı bir otaq vermişdilər, qaldırdım, başladım işə. Və bütün cildlərlə, içindəki ekspertizalarla, digər istintaq materialları ilə də, tanış olmağa.
Həqiqətən də, insan taleyi həll edən mürəkkəb və məsuliyyətli iş imiş. Demək Zabrat qəsəbəsi sakini, Ağayev Agaəli ad-soyadlı birisi, iki dəfə qəsdən adam öldürmə və digər cinayətlərə də görə ümumi 38 ilə yaxın həbsdə yatıb çıxan və oğru aləmində də tanınan, məşhur bir şəxsdir. Təzəcə çıxıb həbsdən. Və Zabratda bir 'xlebnik' dostu, o da oğru aləmində tanınan amma, rus millətindən birisi ilə, namus üstündə (rus buna sataşıb) sözləri çəp gəlir və ona elektrik qatarı dayanacağında bir bıçaq vurur. Bıçaq 7 və 8-ci qabırğalar arasından(sol tərəfdən) daxil olaraq yuxarıdan aşağı və ağ ciyəri zədələmədən döş qəfəsinin iç divarı boyu içəri keçib. Zabratdakı xəstəxanada da, həkimlər döş qəfəsini açıb və ciyərin zədələnmədiyini görüb, döş boşluğuna yığılan qanı təmizləyib, qaytarıb tikiblər. Xəstə rus da normal halda xəstəxanada yatıb, 3 gün sonra çıxacağını deyiblər, həkimlər. Ağayev isə təbii ki, tutulub, sadəcə xəsarət yetirmə təqsiri ilə istintaq başlanıb, maksimum 8 il həbs fikirli.
Bu tərəfdən isə, rusun (ad soyadı unutmuşam) vəziyyəti gözlənilməz hala gəlir. Yatdığının 2-ci günü sidik ifrazatı tündləşir. Həkimlər yığılır və bıçaq yarasının döş qəfəsində olmasına, aşağı, sidik sistemi, qarın hissəyə aid olmamasına da arxayın olub, əlaqələndirmirlər, boş şey hesab edib, gedirlər. Günlər keçir və tünd rəngli sidik ifrazı dayanmır, daha da artır. Görürlər, durum şübhəlidir, akademik M. Cavadzadənin uroloji xəstəxanasına müraciət edirlər. Oradan da bir həkim göndərirlər, o da xəsarətin döş qəfəsini yaraladığına arxayın olub, düzələr deyib, çıxıb gedir. 6-cı gün qarın şişir, təcili açıb baxırlar ki, peritonitdir, artıq gecdir, xəstə ölür. İlkin rayon ekspertiza baxıb aydın edir ki, sən demə bıçaq yarası yuxarıdan aşağı gedərək, döş qəfəsi ilə qarın boşluğunun arasında diafraqma pərdəsi var, onu də dəlib aşağı keçir və sol böyrəyi də deşib keçir. Qarın boşluğuna qanaxma, iltihab.
Vəziyyət tam qarışıb, mürəkkəbləşir. Ağayevin cinayəti ölüm işinə çevrilir, artıq, 2 dəfə adam öldürən "residivist" kimi, 3-cü ölüm işi ilə artıq 100 faiz ən ağır (o vaxt, güllələnmə idi) cəzanı almalı olur. Bu tərəfdən İlk əməliyyat həkimləri səhlənkarlıqla reviziyada diafraqma deşildiyini, bıçağın daha aşağı, qarın boşluğuna keçdiyini güman etməyib, yoxlamayıblar, bu da cəzalıdır. Digər tərəfdən klinikadan gələn uroloq böyrək həkimi də səhlənkarlıq edib, sidikdən qan gəlir, demək böyrək yaralıdı, çıxır gedir. Bu da cəzalı. Ağayevin də, qohum-qardaşı, tanışı var, vəkili şikayət edir ki ölümün səbəbi həkimlərin səhvi olub, ölümə həkimlər cavabdehdi, Ağayev yox. Həkimlər də arxalı, baş həkim, adını çəkmirəm, ad-sanlı, məşhur, rayon 1-ci katibinin oğludur.
İş beləcə böyüyür, ciddi mübahisəyə keçir, 1-ci məhkəmədən Bakı şəh. məhkəməsinə (o vaxt apellyasiyanı əvəz edirdi), oradan da şikayətlə Ali Məhkəməyə gedib çıxıb. Ekspertizalar da o cür, ilkin, şəhər və artıq, Respublika komission ekspertizasına, yəni bizə gəlib çıxıb. Və burada bizim apardığımız bu ekspertizada son qərarla insan taleyi həll olunan qəti cavab gözlənilirdi. Aydın etməli idim ki, rusun ölümünə bilavasitə səbəb nədir: Ağayevin vurduğu bıçaq yarasımı ya həkimlərin səhvimi? Səbəbin bıçaq xəsarəti olduğunda, Ağayev həyatını itirir, güllələnərək. Ancaq, ölümə səbəbi həkim səhlənkarlığıdırsa, həkimlər cinayətdə suçlanıb ilişir, bəlkə işlərini itirir, Ağayev isə yalnız, ağır xəsarət yetirməklə suçlanıb maksimum 8 il iş alır, fərq güllə ya 8 il. Bu tərəfdən də, rusun qohumları. Moskvadan belə Kremlə və movzeleyə yazıb aləmi qatırlar.
Ali Məhkəmə uzun çəkişmədən sonra, nəhayət ki, son hökm qərarı üçün, apardığım komission işdən cavab gözləyir: hə-yox! Neçə ildə davam edən böyük işin materialları ilə tam tanış olub, həmin səhlənkar həkimlərlə və həm də Bayılda türmədə müttəhim Ağayev ilə görüşüb, sorğu, sual aparandan da sonra, özlüyümdəki daxilən həqiqəti aydın etdim. Ölümün zatən bilavasitə səbəbi həkimlərin biganəlik səhlənkarlıq, səhvi idi. Həkimlər xəstəyə qarşı o cür, başdansovdu yanaşmaya varmasaydılar, xəstə ən maksimum böyrəyini itirib sağ qalardı. Ağayevsə, həyatını itirməzdi. Həqiqət, obyektivlik bu idi. Xüsusən də, Ağayevlə türmədə görüşəndə onun ölümə, gülləyə hazır olma, qürurlu, biganə sakit tərzi... Bütün sual-sorğu boyu, yerə dikilmiş gözlərini cəmi bir dəfə ağır-ağır qaldırdı və sakit tərzdə: işi elə apar ki, mənə güllə versinlər, bitsin, dedi.
Qalmışam, nəyi-necə edim ki, həkimlər də çox cəzaya düşməsin, Ağayev də ölümə getməsin? Yox, gərək möhkəm çalışam, maksimum qədər xeyirxah nəticəli alınsın. Gərək, işi obyektiv və həm də müəyyən səmtli, amma, əsaslı aparım. Əsaslı olması üçün də, Respublikadakı nüfuzlu alim-həkim mütəxəssislərdən rəsmi rəy almalı, yığmalı idim işin içinə ki, bu işin kökü möhkəm olsun, yarana bilən şikayət, narazılığa davamlı.
İlk gedişim 5-nli şəhər xəstəxanasında məşhur cərrah professor, Tibb Universitetinin kafedra müdiri Bəybala Abbasov oldu. Zəng etdim və dedi sualları rəsmi yazın gətirin, cavablandırıb qaytarım. Amma gördüm, könülsüzdür bu işə, qanunla isə, cinayət işinə imtina edə bilməzdi. Sualları hazırlayıb, çap edərək, getdim yanına. Kabinetində qarşıladı, oturduq, suallara baxıb gülümsədi. Dedi, gəl əvvəl bir çay içək, dedim içək müəllim. Katibə çay gətirdi, içdik və dedi indi sənə bir açıq söz deyim, öz aramızda. Biz, nə olsa belə, həkimlərin tərəfini vermərik, onu bil. Dedim professor, olsun, amma qarşıda bir insan həyatı gedir, azacıq belə olsa həkimlərə, səhlənkarlıq da olmasa səhv formasında yazın ki, yüngül töhmətlə filanla qurtarsınlar, amma, bununla Ağayev güllələnməsin, haqq-ədalətli. Cavabın yolunu da bir ekspert kimi göstərdim.
Professor Abbasov bir xeyli fikrə getdi, dedi ki, yaxşı görüm neynirəm, sabaha cavab yazaram. Səhəri gün işim çox idi, adam yolladım cavabı gətirdi, arxayın idim ki, razılaşdığımız kimi olar cavab. Amma baxdım məətəl qaldım. Hörmətli professor həkimləri tam günahsız görən, ölüm halının bu xəsarətlə, müalicədən asılı olmadan da mümkünlüyünü yazmışdı. Və təəssüf etdim. Düzdür iş, həkim kolleqa həmkarlığı yaxşı işdir, o vaxt indiki kimi deyildi, bir həkim digərini an içində yerli-yersiz, arxasınca danışaraq səhvini tutub, pisləsin. Amma, burada həkimin yüngül töhməti və ya vəzifəsinin azalması qarşılığında digər insanın həyatı xilas olurdu, həm ədalətlə.
Növbəti rəyi, akademik uruloq, Cavadzadədən almağa qərar verdim. O da bir həftə çək-çevir edəndən, Respublika Prokurorluğundan zəng, xahişdən sonra razılıq verdi suallarıma cavabla rəy verməyə. Və onun da cavabı, həminki oldu. Görüşəndə inad etdim ki, professor, axı uroloq müayinədə xəstənin sidiyində qan görür, buna reaksiya verib bilməli idi ki, bu sistemdə və ya böyrəkdə zədə olmalı və dərhal tədbir görməli idi. Baxdı mənə, gülümsədi dedi, sidikdəki qan sonrakı, böyrək yarası ağırlaşanda yaranan bir simptomdur. Ölümünsə səbəbini daha öncəki, bıçaqlayan və ilk cərrahiyyə əməliyyatı edənlər tərəfdə axtarın. Təbii ki, öz göndərdiyi uroloqu ayağa verməzdi, hörmətli akademik. Bax, belə!
Qəribə və həssas, nə irəli, nə geriyə gedilməsi asan olmayan durumla üzləşmişdim. Gənc də olsam, 16 yaşından kənddən çıxıb həyatın çox müxtəlif, çətin və ziddiyyətli tərəf, sahələri ilə üzləşib kifayət qədər bərkiyib möhkəmlənmiş idim. Rusiya həm Ukrayna kimi cinayətkarlığın tüğyan etdiyi mühutlərdə daha ağır hadisələr və qatillərlə üzləşib təcrübələnmiş, sərtləşmiş, həyatda hər tip hadisəni gözləyən soyuqqanlı idim. Xüsusən qatillərə və təcavüzçülərə qarşı sərt. Məhz, bu məsələdə "şaşırmış", prinsip və inada düşmüşdüm. Onsuz da ölmüş, ömrünün 38 ilini türmələrdə keçirmiş, güllələnməni belə vecə almayan xəstə, narkomanın birisinə görə. Niyə, nəyə görə? Özüm də bilmirdim. Bəlkə elə bir an gəlib ki, həmişəki sərt, möhkəm ruhum, əzmim zəifləyib? Yox! Allah eləməsin! Bu çətin, amansız mübarizə meydanlı həyatda, qarşıda hələ çox sınaq illəri, hadisələri var. Möhkəm ol.
Bir insanın ki, başlanğıcdan qisməti Yaradanın, Talenin tərəfindən belə yazılıbsa, yiyəsizlikdən, ya ona verilmiş genetik xarakter vəya davranış səbəbindən üzü Sovet, Sibir türmələri, cinayət dava-qırğınlar, əziyyət-zülmlərlə formalaşıb da çökəyin son dibinə düşüb, bir insanın ki, hətta, güllələnmə cazasına uygun cinayət törətməsə belə, bütün gedişat, proseslər onu güllələnmə yekununa gedən qaçılmaz bir sel axınına salıb, sən, Allahın bir tək bəndəsi ona nə kömək edə bilərsən? Bir bəndə digər bir bəndəyə hansısa bir təkan verə bilər, təsadüfən çökəyə düşürsə əgər. Yox, əgər ki, bu çökək, o çökəkdən deyil və bütün çıxış yolları bağlıdırsa, yəni bu insanı Yaradan, Tale özü nəyə görəsə bu cür sonluğa salırsa sən bir bəndə olaraq nə karəsən ki, Tale və Yaradanın əksinə, onların cızdığı plana qarşı gedib, o planı pozursan... Belə, qarışıq fikirlər!!
Ancaq, yenə, inad, prinsip və son ümid qalırdı. Son şans olaraq, həmyerlim, məşhur cərrah və alim, professor Vaqif Seyidovu düşündüm. Tez zəng vurub (işi yekunlaşdırıb, təhvil verəcəyim qanuni müddətə az qalırdı) getdim, görüşdük. Hal-əhvaldan və bir tünd çaydan sonra suallar olan listə baxdı. O da tərəddüdlü gülümsündü. Bu gülümsəmələr artıq bir ümidsizlik yaradırdı. Dedi ki, İlqar, sənin atan da və anan da mənim sevimli orta məktəb müəllimlərim olub. Yerliyik və sənə yaxın doğma insan kimi açığını deyim. Bu məsələdə, heç bir tibb alimi, professoru və ya, akademiki həkimlərin tərəfini verməyəcək! Bunu bil və özünü yorma! Ona görə deyil ki, o həkimlər arxalı ya filan məşhur rayon katibinin adamıdırlar. Ona görə ki tərəzinin bir tərəfində cərrah həkimlər, digər tərəfində isə, onsuz da ömrü, həyatı bitmiş, illərin məhkumu dayanıb. Dünyanın bütün cəmiyyətlərində inan, belədir. İstiyirsən lap sən istəyən rəyi verim, amma bir böyük kimi deyim ki, bunun xeyri olmayacaq! Bu hadisə məşhur işdir hamımız məlumatlıyıq.
Çıxdım, təəssüfdən başqa nəsə bir, yüngüllük də hiss etdim özümdə. O mənada ki, bu axına qarşı əlimdən gələni etdim, həm alınmayacağı müəyyənliyi də qəti hasil oldu, beyin, fikrimdə.
Apardığım bir aylıq işi, aldığım rəylərlə birlikdə idarəyə, rəhbərliyə təhvil verdim bir icraçı kimi, şəxsi, Ağayev tərəfə fikrimi bildirməklə. Ancaq son qərar aktını komission ekspertiza olmaqla ekspert komissiyası verdi. Rəis, apardığım belə çətin, mürəkkəb işi dolğun və hərtərəfli yerinə yetirdiyim üçün təşəkkür elan etdi. Qərarsa bu oldu ki, ölümün bilavasitə səbəbi, A. Ağayevin yetirdiyi, soyuq silah xəsarətidir. Professorların və ekspert komissiyasının rəyləri zatən, mənim obyektiv fikrimi arxada qoydu... Və Respublika Prokurorluğu, Ali Məhkəmə də, həkimlər də bu yekundan razı qaldılar... Ağayev isə, güllələndi!
Həyatın təzadlı qəribəliyinə bax. Çalışıb, ürəyin istəyən nəticə əldə etmədiyin işdə təşəkkür al!
Belə bir deyim var: gələcəyini gənclik sınağı və risqindən qoru. Çalışıb, özümüzü, övladlarımızı həyatın başlanğıcı illərindən, cəmiyyətə zərərli, özünü isə, ittihamlı, qınaqlı yollara salmaqdan qoruyaq. Üzərində antiictimai "ittiham-qınaq". möhürü olan insana təəssüf ki, haqq-ədalətin gücü, imkanı da kömək etmir, bir sıra hallarda!
P.S.
Ağayev soyadı dəqiqdir, amma adı elə də yox, yadda qalmayıb bu neçə illər. İşi Ali Məhkəmə arxivindən çıxararaq ətraflı maraqlanmaq olar.
İlqar Altay (Məmmədov),
Həkim-sud.med.ekspert.
Hüquqşünas-kriminalist,
Hüquq Elmləri Namizədi..
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2023, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər