Dədə Süleymanın küçədə qalan oğlu: “Bacım məni aldadaraq...”
Xəbər verdiyimiz kimi, Əməkdar artist Süleyman Abdullayevin oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyi açıqlayıb.
“Bizimləsən” ictimai-sosial verilişə gələn Cümşüdün sözlərinə görə, 2019-cu ildə həbsdə olarkən bacısı onu aldadaraq etibarnaməyə imza atdırıb:
“Bir telefon nömrəm var. Həbsə düşəndə bu nömrəyə pul keçirtmədiklərinə görə bağlandı. Bacıma dedim ki, bir nömrəm var və hamı o nömrəmi bilir. O söylədi ki, etibarnamə ver ki, bu nömrəni yenidən sənə geri qaytaraq. Mənə isə əsas etibarnamə təqdim etdilər. Hansı ki, imza atdıqdan sonra bütün varidat başqa birinin adına keçir.
Yəni bir nömrəni addan ada keçirib açmaq üçün verdiyim əsas etibarnamə ilə bütün varidatın həll olunmasına özüm qol çəkdim. Bu əsas etibarnaməni mən cəzaçəkmə müəssisəsində 2019-cu ildə verdim. Mənə dedi ki, bu etibarnaməni telefon nömrənə görə alırıq. Mən də bilmədim, heç oxumadım o etibarnamədə nə yazılıb.
Bir-bir imza atdım o sənədlərə. Bütün varidat - evlər, torpaqlar, mülklər... Bilmirəm həmin əsas etibarnamə neçə illik idi. Deyəsən bir illik idi. Bacımın adına verdim o əsas etibarnaməni ki, getsin telefon nömrəmi açsın”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-11-2023, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər