reklam
Regionxeberlericom.az » Araşdırma » Şahbuzun kənd məktəbində müəllimlərə internet qadağası qoyulub? – Açıqlama

reklam

Şahbuzun kənd məktəbində müəllimlərə internet qadağası qoyulub? – Açıqlama


















Şahbuz rayon Külüs kənd orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulduğu deyilir.

 Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup müəllim məlumat verib.

Onların sözlərinə görə, buna səbəb ilin əvvəlində müəllimlərdən birinin məktəbdəki pozuntularla bağlı sosial şəbəkələrdə canlı yayıma cəhd etməsi olub.

Qeyd olunur ki, Külüs kəndi dağlıq ərazidə yerləşdiyindən burada mobil internetdən istifadə məhduddur.

Müəllimlər bildirirlər ki, bu hadisədən sonra məktəbin direktoru Nicat Abdullayev internetə giriş şifrəsini dəyişib, hamıdan gizli saxlayır.

Qeyd olunur ki, hazırda director məktəbə aid interneti tək işlədir:

“Məktəbdə çoxlu problemlər var. Onlardan ən əsası da suyun olmamasıdır. Bu səbəbdən, ötən il qışda valideynlərin bir qismi uşaqlarını məktəbə buraxmırdı. Bununla bağlı canlı yayıma cəhd edilsə də, imkan verilməmişdi. Buna baxmayaraq, valideynlər məktəbdəki problemlərlə bağlı mətbuata məlumat ötürmüşdülər. Elə o vaxtdan direktor heç kimə məlumat vermədən məktəb internetinin şifrəsini dəyişib. Məktəbdə internetdən yalnız özü istifadə edir”.

Müəllimlər deyirlər ki, məktəbdə internetin qadağan olunması dərsin keyfiyyətinə də təsir edir:

“Bu gün həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Məktəblərdə həm müəllimlərə, həm də şagirdlərə internet lazımdır. Demək olar ki, bütün dərs vəsaitlərinin hamısı orada var. Nəyisə dəqiqləşdirmək, öyrənmək və operativ məlumatlar üçün hər zaman internetin olmasına ehtiyac var. Direktor isə neqativ halların çəkilib yayılmaması üçün kollektivi internetsiz qoyub”.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib ki, məktəbdə internetin yalnız müəllimlərin şəxsi məqsədi üçün istifadəsinə məhdudiyyət qoyulub:

“Sözügedən məktəbə sürəti 2,5 MB/S olan internet verilir. İnternetdən məktəb tərəfindən 3 elektron lövhə və kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə olunur. Bunun üçün də peqaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür, bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur”.

Nazirliyin sözçüsü bildirib ki, su ilə bağlı problem aidiyyəti orqanlara göndərilib, bununla yanaşı hazırda müvəqqəti vasitələrdən istifadə etməklə məktəbə su verilir:

“Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq”.




Paylaş:


Müəllif : Tarix:
12-11-2023, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər