Sumqayıtda səkiləri kim satır? - Fotolar
Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərinin zəbt edilməsi böyük vüsət alıb. Vəziyyət o yerə çatıb ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maeəsiz gedib-gələ bilmir.
Bu haqda Sumqayıt sakinləri öz şikayətlərində bildiriblər.
Onlar bildiriblər ki, yolun az qala təmiz tutulması heç cür yolverilməzdir.
“Küçə ticarəti ilə məşğul olunan bu kimi ərazilərdə həmçinin böyük səs-küy, antisanitariya şəraiti hökm sürür. Şəkillərdəki Sumqayıtın 13-cü mikrorayonu, Babək küçəsidir, amma belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki, hər yerində rast gəlmək olar.
Məsələn, şəhərin mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə də pis təsir edir.
Belə “toçkalar” şəhərdə çoxdur. Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi də belə yerlərdə yoxlama aparmır.
Həmçinin bu cür yerlərdə alıcılar çəkidə, pulda aldadılır, onlarla kobud davranılır, şikayətlərinə məhəl qoyulmur. Çünki, heç bu kimi hallara rəsmən nəzarət edilmir”.
Mənbə; Yenisabah RegionXəbərləri; Fuad Türksoyun Blogu
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2023, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər