Azərbaycan yeni müharibəyə hazırlaşır?
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri zamanı növbəti qalmaqallı bəyanatla çıxış edib. O, bildirib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır.
Paris Sülh Forumunda keçirilən panel müzakirələri zamanı Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.Onun sözlərinə görə, bu prinsiplərdən birincisi ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadrat kilometr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir.
Bununla yanaşı, o, iddia edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır: “Azərbaycan ermənilərin etnik təmizlənməsi planını uğurla həyata keçirəndən sonra Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlasa da, mən bura sülh barədə danışmağa gəlmişəm. Azərbaycanda məktəblər, universitetlər və kütləvi informasiya vasitələri Qərbi Azərbaycan konsepsiyasını Ermənistan Respublikasına qarşı yeni müharibəyə hazırlıq kimi aktiv şəkildə təbliğ edirlər. Sülh müqaviləsinin bağlanması perspektivi nə qədər real görünsə də,
Azərbaycanın yuxarıda göstərilən məsələlərin həllində maraqlı olması ilə bağlı şübhələr var”. Beləliklə, Ermənistan beynəlxalq tribunada Azərbaycana qarşı növbəti dəfə iftira atmaqda davam edir. Bu iftira sülh müqaviləsinin tərəfdarı kimi çıxış edən və bu müqavilənin altından
imza atmalı olan şəxs tərəfindən səsləndirilir. Həqiqət necədir? Əvvəla, Azərbaycan etnik təmizləmə aparmayıb, bu, danılmazdır. Azərbaycan
öz ərazisində anti-terror əməliyyatı keçirib və separatçıları Azərbaycan qanunlarına tabe olmağa, ərazi bütövlüyünü tanımağa məcbur edib.
Anti-terror əməliyyatında iştirak edən hər bir əsgər, sərhəddə dayanan hər bir polis, sərhəd xidməti, gömrük əməkdaşı isə bütün naqisliklərə, düşmənçiliyə, azərbaycanlılara qarşı edilən vəhşiliklərə baxmayaraq, ermənilərlə maksimum dərəcədə etik davranmaq, onlara nəinki ağır
söz demək, əksinə, getməmək üçün dilə tutmaq təlimatı almışdı. Elə buna görə də, nə beynəlxalq müşahidəçilər etnik təmizləmə faktını təsdiq edə, nə də Ermənistan rəhbərliyi etnik təmizləmə ilə bağlı bir fakt göstərə bildi. Qarabağda yaşayan ermənilər (onlar özləri də bilirlər, biz də bilirik ki, oradakı hər bir erməninin əli bu və ya digər formada azərbaycanlıların qanına batıb) isə törətdikləri əməllərdən sonra yaşamağın çətinliyindən qorxaraq, Qarabağdan getməyi üstün tutdular. İttihamın absurdluğu da ondan ibarətdir ki, bunu vətəndaşı olan azərbaycanlıların son nəfərə kimi qovulduğu ölkənin baş naziri deyir. O ölkənin ki, birbaşa hərbi müdaxiləsi nəticəsində həm də Qarabağdakı azərbaycanlılar 30 il öz evlərindən didərgin düşüblər. Necə deyərlər, utanmasan, oynamağa nə var? Paşinyan Azərbaycan məktəblərində, universitetlərində, KİV-də Ermənistanın Qərbi Azərbaycan adlandırılmasından narahat olub. Və yenə də ritorik suala qayıdaq: bu həmin baş nazirdir ki, son
bir ildə “Qarabağ Azərbaycandır” deyərək sülh tərəfdarı kimi çıxış etsə də, hakimiyyətə gələn kimi Xankəndi şəhərinin mərkəzi meydanında “Qarabağ Ermənistandır və nöqtə” şüarını səsləndirmişdi. İndi bu siyasətçi Ermənistan Respublikasının 100 il əvvəl hansı sərhədlər daxilində yarandığını nəzərə almadan, tarixi xəritəyə, sənədlərə baxmadan, Azərbaycan torpaqlarının nə zaman Ermənistana verildiyini görmədən (və ya baxıb, görməzdən gələrək) “Qərbi Azərbaycan” kəlməsindən narahat olur, Azərbaycanı yeni müharibə hazırlığında ittiham
edir. Paşinyan Azərbaycanı müharibəyə başlamaqda ittiham edərkən nədən bəhs edir? Ermənistan və Azərbaycanın 29,8 min və 86,6 min kv. km. hüdudlarda bir-birinin ərazi bütövlüyünü
tanımasından. Ermənistan təbliğatı beynəlxalq arenada daim iddia edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın ərazi bütövlüyünü tanımır və “Ermənistanı 29,8 min kv. km. ərazidə tanıyıram” demir. Birinci hissə tamamilə yalandır, çünki İlham Əliyev tərəflərin bir-birinin ərazi
bütövlüyünü tanımasını Paşinyandan çox əvvəllər şərt kimi qoyub və son dövrlər də daxil olmaqla dəfələrlə təkrar edib ki, Azərbaycanın Ermənistanın ərazisində gözü yoxdur. 29,8 min kv. km. rəqəminin səslənməməsi məsələsində isə həqiqət payı var. Azərbaycanda hələ heç kim bu rəqəmləri səsləndirmir. Niyə? Bəlkə ona görə ki, rəqəmlər yalnız delimitasiya və demarkasiya başa çatandan sonra səslənməlidir? Bəlkə ona görə ki, Ermənistanın ərazisi 29,8 deyil, 29, 743 kv. km.-dir? Bəs əlavə 57 kvadrat kilometr haradan çıxdı? Bəlkə Azərbaycanın hələ də geri
qaytarılmayan anklavlarının hesabına? Xatırlatmaq yerinə düşər ki, Ermənistan rəhbərləri, o cümlədən Paşinyan özü bu ərazilərin qaytarılması məsələsini şübhə altına alıblar. Azərbaycan Prezidenti Xankəndidə son çıxışında da təkrar etdi ki, rəsmi Bakının yeni müharibə istəyi və ideyası yoxdur. Bəs Azərbaycan niyə yeni müharibəyə getməz? Söhbət “Zəngəzur dəhlizi” ideyasından gedirsə, rəsmi Bakı dəfələrlə bildirib ki, bu dəhlizi zor gücünə açmaq niyyətində deyil. Artıq Azərbaycan Ermənistandan keçəcək kommunikasiyaya alternativ olan İran marşrutunu (“Araz dəhlizi”) plana salıb və bu nəqliyyat sistemi tezliklə istifadəyə veriləcək. Üstəlik, Azərbaycan Gürcüstan ərazisindən keçən kommunikasiya
xətlərindən istifadə edə bilir. Ermənistan marşrutu isə onsuz da gec-tez açılacaq. Çünki İrəvan Gürcüstandan keçən və qışda çox zaman bağlı qalan “Yuxarı Lars” keçid məntəqəsinin və o qədər də fayda verməyən İrana çıxışının ümidinə qalıb. Yəni, Ermənistan Azərbaycan və Türkiyə ərazisindən keçəcək xətlərə qoşulmaq istəyirsə, bir qədər sonra özü minnətçi düşəcək. “Zəngəzur dəhlizi” isə tarixi Azərbaycan torpağı olsa da, bu gün Ermənistanın dünya ölkələri tərəfindən tanınan ərazisindən keçir. Rəsmi Bakı 44 günlük müharibə zamanı işğal edilən ərazilərinin azad edilməsi zamanı, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində – Qarabağda anti-terror əməliyyatı zamanı bəzi qüvvələrin hansı ittihamlar irəli sürdüyünü, hansı oyunlardan çıxdığını unutmayıb. Belə bir məqamda Azərbaycanın hansısa oyuna gedərək yeni müharibəyə başlamaq, bununla da düşmənlərinin əlinə oynayacağını düşünmək sadəlövhlük olardı. Azərbaycaınn xarici siyasətdə demək olar ki, qüsursuz oyun apardığı danılmaz faktdır. Bəs Paşinyan niyə ittihamlar irəli sürür? Ona görə ki, xaricdə özünə dəstək axtarır və “qaniçən Azərbaycan” tərəfindən əzilən, məzlum sima alır. Bu “yazıq” siması ona milyonlar və yüz milyonlar vəd edir. Ona görə ki, Rusiyadan ayrılmaq yolunu tutub və sabah kimisə nədəsə ittiham etmək üçün zəmin hazırlayır. Ona görə ki, yuxarıda da yazdığımız kimi, o, bu gün “Qarabağ Azərbaycandır” desə də, vaxtilə “Qarabağ Ermənistandır” deyən həmin baş nazirdir.Yəni, Paşinyanın bu ittihamı səsləndirmək üçün özünün yüzlərlə oyunu, düşüncəsi və bəhanəsi
ola bilər. Amma… Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan hələ də vaxtilə işğal etdiyi Azərbaycan anklavlarına nəzarət etməkdə davam edir və geri qaytarmaq niyyətindən uzaqdır. Azərbaycan tərəfi isə anklavları geri istəyir. Sonuncu dəfə Azərbaycan XİN Ermənistana anklavları
qaytarmaqla bağlı müraciət edib. Ölkə prezidenti də bildirib ki, bizim heç kimin torpağında gözümüz olmasa da, öz torpaqlarımızın bir qarışından da keçən deyilik. Yəni, İrəvan həmişə olduğu kimi, anklavların qaytarılması prosesini uzatsa və öhdəliyini yerinə yetirməsə, problemi
Azərbaycan ordusu həll etməli olacaq. Bəlkə Paşinyan indidən Azərbaycana qarşı ittiham səsləndirməklə zəmin hazırlayır?
Bu, artıq başqa bir mövzudur.
Press Klub
Paylaş:
Müəllif : Fuad
Tarix:13-11-2023, 08:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər