“Başsağlığı hesabına qəzet saxlamaq əxlaqa sığmayan hadisədir”
Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklər ediləcəyi, rəsmi dövlət qəzetlərinə ödənişli başsağlıqlarının verilməsinin qadağan olunacağını anons etməsi yeni gündəm yaradıb. Buna ilk etiraz edən deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olub. Sadıqov bildirib ki, qəzetin maliyyəsinin 20-25 faizi məhz elan və başsağlıqları hesabına əldə olunur, jurnalistlərə bunun hesabına maaş ödənilir. Onun fikrincə, rəsmi qəzetlərə belə qadağanın tətbiqi yolverilməzdir.
regionxeberlericom.az AzPolitika.info-ya istinadən bu mövzuda Xalq şairi, 1989-1992-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olmuş Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:
- Sabir bəy, “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı ictimai müzakirələr başlanıb. Bu müzakirələrin ana xəttini rəsmi dövlət qəzetlərinə başsağlıqlarının verilməsinin qadağan olunması təşkil edir. Bu dəyişikliyə qarşı çıxanlar da var. Sizin münasibətiniz necədir?
– Əgər bütün münasibətlər obyektiv və düzgün qurulsa, hər şey ədalətə söykənsə, qəzetlərdə başsağlığı, nekroloqlar verilə bilər. Amma bir sıra ölkələrdə bu işlə məşğul olan ayrıca qəzetlər var. Bu qəzetlərə elanlar, alış-satış xəbərləri, ailələrdə itkilərə dair məlumatlar və başsağlığı verilir. Əlbəttə, insan itkisi ağırdır və onun mətbuata yansıması başadüşüləndir. Sadəcə olaraq bizdə bu sahə anormal vəziyyətdədir. Məsələn, rəsmi qəzetlər ancaq rəsmi adamlar, tanıdıqları şəxslər haqda başsağlığı verir. Birdə görürsən ki, vəzifə sahibi və ya onun yaxın çevrəsindən bir nəfər vəfat edib. Buna görə qəzetdə redaktorun özü bir, kollektiv ayrıca başsağlığı verir, ayrı-ayrı əməkdaşlar da ayrıca verir. Beləcə, qəzetin bir səhifəsi mənasız başsağlığı ilə dolur. Söhbət ondan gedir ki, belə halda bütün nazirlər, vəzifə sahibləri də yan-yana başsağlığı verir. Az qala qəzet səhifəsində 50 başsağlığı gedir. Amma yazıq, imkansız insan ölsə və onunla bağlı müraciət olunsa, hətta pulunu da alsalar uzağı 1 və ya 2 başsağlığı olar, ya olmaz. Bu ədalətsizlikdir, cəmiyyətin istəyinin pozulmasıdır. Odur ki, bu işdə bir nizam yaradılmalıdır. Bu mənada hesab edirəm ki, rəsmi qəzetlərdən başsağlığı yığışdırılmalı, bununla bağlı ayrıca qəzetlər olmalıdır. Əslində “Biznes”, “Birja”, “Elanlar” kimi qəzetlərdə belə başsağlığı verilə bilər. O başqa şeydir ki, rəsmi şəkildə dövlətin başsağlığı ola bilər. Eləcədə, qəzet kollektivi tərəfindən kiçik başsağlığı verilə bilər. Buna da məhdudiyyət və qadağa qoymaq olmaz.
- “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu kimi elanların rəsmi qəzetlərdən alınmasına qarşı çıxır və bildirir ki, belə elanlardan əldə edilən vəsait hesabına jurnalistlərin aylıq əməkhaqqı verilir…
– Ümumiyyətlə, başsağlığı, xırda elanlarla biznes etmək əslində qəzet üçün utandırıcı haldır və buna qətiyyən yol vermək olmaz. Təbii ki, bu qəzetin ümumi maliyyəsində müəyyən rol oynaya bilər, amma bunu gözə soxmaq xoşagələn hal deyil. Üstəlik, indi dövlətin bu sahədə nizam yaratmaq istəyi ortaya çıxır, hazırda başsağlığı elanlarının rəsmi qəzetlərdən çıxarılıb-çıxarılmaması haqda ictimai müzakirələr aparılır. Belə bir ərəfədə Milli Məclisin rəsmi orqanı olan qəzetin baş redaktorunun “biz qəzetin əməkdaşlarını bunun hesabına saxlayırıq” deməsi əslində əxlaqa sığmayan hadisədir. Necə yəni, sən vəfat etmiş insanlar haqqında verilən başsağlıqları hesabına kollektiv saxlayırsan?… Hətta bunun qəzetin maliyyələşməsində müəyyən rolu olsa belə, onu dilə gətirmək, demək olmaz. Bu mənada Siyavuş Novruzovun cavabını məntiqli görürəm. Əlbəttə, hər iki deputat dost, yoldaş, həmkardırlar. Amma elə yer var ki, orada həmkarlıq köməyə çatmır, ortaya haqq-ədalət girir. Ədalət ortaya girəndə Siyavuş Novruzov Bəxtiyar Sadıqovdan çox-çox yuxarıda görünür.
- Sizin baş redaktor olduğunuz dövrlərdə də belə elanlar, başsağlıqları olurdu?
– Bəli, olurdu, amma bunun qəzetin büdcəsinə təsiri heç kimin ağlına gəlməzdi. Belə bir düşüncəni ümumiyətlə təsəvvür etmək mümkün deyil. Əgər indi bunu vacib sayırlarsa, onda qəzetin səhifələrində ümumiyyətlə ölüm, doğum və ad günü haqda elanlar versinlər. Onsuz da “Azərbaycan” qəzeti Milli Məclisin strateji xəttini ifadə edən qəzetdən daha çox bülletenə çevrilib. Milli Məclisdə qəbul olunan qərarlar, açıqlamalar verilir. Amma orada ölkənin taleyinə dair ciddi yazılar az olur. Bəxtiyar Sadıqov jurnalistdir, əgər istəsə belə yazılar yaza bilər. Amma qəzetin səhiflərində belə tip yazılar görünmür. Mən onun bu məsələlərə subyektiv münasibətini bir neçə il əvvəl “Azərbaycan” qəzetinin yubileyini qeyd edərkən bizim 1989-1992-ci illər arasında fəaliyyətimizi dilə gətirməməsi ilə görmüşəm. Sanki Azərbaycan tarixində belə bir şey olmayıb. Bunu edərkən də bəhanələri odur ki, guya o zaman qəzet Qarabağa Xalq Yardımı Komitəsinin qəzeti olub. Əslində bu ad bəhanə idi, çünki Qarabağda bir Azərbaycan qəzeti yox idi. Biz də bunu bəhanə edərək Azərbaycan və rus dilində qəzet buraxırdıq. Ölkənin bütün dərdləri, iqtidarı, müxalifəti, olan problemlər qəzetin səhifəsində idi. Bunu görməmək, nəzərə almadan bu qəzetin yubileyini keçirmək biabırçı haldır. Bu əslində qəzet rəhbərliyinin tarixi saxtalaşdırmağa nə dərəcədə meylli olduğunu göstərir. Belə olmaz. Üstəlik, nəzərə alın ki, 1992-ci ildə “Azərbaycan” qəzetini mən özüm Milli Məclisə verdim. Fikirləşdim ki, Xalq Cümhuriyyəti dövründə ölkənin əsas qəzeti “Azərbaycan” olub, bundan sonra da belə olsun. Odur ki, öz hüququm olan qəzetin adını Milli Məclisə verdim. Bizim mətbuat qanunumuza görə, mən bunu verməsəydim ikinci bu adda qəzet çıxa bilməzdi. Amma təəssüflər olsun ki, mənim bağışladığım adı bunlar sonradan elə hallandırdılar ki, sanki 1989-cu ildə biz ilk müstəqil qəzet olan “Azərbaycan”ı buraxmamışıq və bu qəzet ümumiyyətlə çıxmayıb. Ümumiyyətlə, bu qəzetin tarixi ilə bağlı xülasələrdə heç mənim adım xatırlanmır. Bu riyakarlıqdır, saxtakarlıqdır, kiçik duyğuların göstəricisidir. Guya bununla iqtidara xidmət edirlər. Bunun nə iqtidara, nə də müxalifətə aidiyyəti var. Bu Azərbaycanın mətbuat tarixidir. Sən bu tarixi görmürsən, amma başqaları görür. Bu mənada Siyavuş Novruzova “Azərbaycan” qəzetinə verdiyi qiymətə görə təşəkkür edirəm.
- Sizi qəzetin yubileyinə dəvət etmişdilər?
– Yox, etməmişdilər. Hətta Bəxtiyar Sadıqov yubileylə bağlı bir albom buraxmışdı. Orada özünün 50-yə yaxın fotosu vardı, amma bizim ölkədə böyük tirajla buraxdığımız qəzet, onun kollektivi haqda bir foto da yox idi. Heç mənimlə bağlı da nə şəkil, nə də bir cümlə söz vardı. Amma özünün çoxlu fotosu vardı. Mən o zaman açıq dedim ki, bu “Azərbaycan” qəzetinin tarixi deyil, Bəxtiyar Sadıqovun ailə albomudur.
Yeri gəlmişkən, sizə deyim ki, oktyabrın əvvəllərində mənim buraxdığım “Azərbaycan” qəzetinin 30 yaşı tamam olur. Biz yəqin ki, bu tarixi qeyd edəcəyik. Çünki bu yeni bir mətbuat erasının başlanğıcının əsasının qoyulduğu dövrdü. Yəqin ki, yubiley tədbirinə həm rəsmi şəxsləri, həm də jurnalist cameəsini dəvət edəcəyik.
- Bəxtiyar Sadıqovla şəxsi münasibətlərinizdə nəsə problem olub?
– Mən uzun illər Milli Məclisin deputatı olmuşam. Bu qəzet və onun rəhbərliyi qəzetin adının mənim tərəfimdən Milli Məclisə bağışlandığını nəzərə alaraq, son 20 ildə mənimlə bir dəfə müsahibə edə bilərdi, bir dəfə deyərdilər ki, filan məsələyə dair fikriniz necədir. Bunlar olmayıb. Bəxtiyar Sadıqovun timsalında bizim köhnə fəaliyyətimizə dəhşətli qısqanclıq var. Bu məsələlərə belə münasibətinə görə bizim aramızda uzun illər gərginlik olub, amma mən bunu üzə vurmamışam. Sanki, 1989-cu ildə səhv edib belə qəzet buraxmışam, mən gözləməli idim ki, dünyaya nə vaxtsa Bəxtiyar Sadıov adlı şəxs gələcək, deputat olacaq və onun redaktorluq həvəsi olacaq. Odur ki, mən belə qəzet buraxmamalı idim.
Ancaq sizə deyim ki, mənim 1989-1992-ci illərdə buraxdığım “Azərbaycan” qəzetinə münasibətdə mətbuatımızın mövqeyini bilirəm. Mətbuat haqda ciddi yazıda və tədbirlərdə bizim buraxdığımız qəzet, fəaliyyətimiz yaddan çıxmır. Mənə münasibətdə bu dəfələrlə qeyd edilib, rəsmi tədbirlərdə ifadə olunub. Bəxtiyar Sadıqovun bizə münasibəti əslində onun özü üçündür. Millətin bizim buraxdığımız qəzetə münasibəti çox yüksək olub, bunu da mətbuat tariximizdən silmək olmaz. Əlavə edim ki, bizim milli ensiklopediyada mənim buraxdığım Azərbaycan qəzeti haqda məlumatlar, onun xidmətləri haqda informasiya verilib.
- Bu müzakirələrin nə ilə bitəcəyini düşünürsünüz?
– Hər halda qadağa ilə nəyisə həll etmək olmaz. Amma bir ölçü-biçi yaradılmalıdır. Birdə baxırsan ki, bir görkəmli insan haqda cəmi bir başsağlığı verilib, amma bir məmurun qohumu haqqında 50-si gedib. Hesab edirəm ki, bu anormal haldır. Bu mənada daha yaxşı olardı ki, bu şeylər yığışdırılsın, qəzet öz fəaliyyəti ilə məşğul olsun. Əgər lazımdırsa, “Elanlar” adında qəzet buraxılsın. Əslində ölkədə belə qəzetlər var. Bütün elanlar orada getsin. Hər kəs də bilsin ki, elanları, başsağlığını harada axtarmaq olar. Bunu sistemləşdirmək, qayda-qanun yaradılması yaxşı hal olardı. Yəni bu başsağlıqlarını biznes maraqları çərçivəsindən çıxarmaq lazımdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-09-2019, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-09-2019, 08:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24