reklam
Regionxeberlericom.az » Araşdırma » “Gələn il parlament seçkilərinin keçiriləcəyi gözlənilir” – Deputat

reklam

“Gələn il parlament seçkilərinin keçiriləcəyi gözlənilir” – Deputat


















Deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, gələn il parlament və bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir.

O, bu barədə Abzas Media-ya danışıb.

“2024-cü ildə bələdiyyə seçkiləri mütləq keçiriləcək. Bundan əlavə, biz bilirik ki, 2020-ci ildə parlament seçiləri növbədənkənar keçirildi, ona görə də 2024-cü ilin noyabrında parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Konstitusion tələblərə uyğun olaraq, seçkilər noyabrda keçirilə bilər”, - F. Ağamalı bildirib.

Qeyd edək ki, 6-cı çağırış parlament seçkilərindən sonra baş vermiş qanun pozuntularına görə, 4 dairənin nəticələri ləğv olunmuşdu. Sonrakı illərdə deputat Eldəniz Səlimov həbs olunduğuna, Şahin Seyidzadə isə başqa vəzifəyə təyin olunduğuna görə, mandatı ilə vidalaşmışdı. Bundan əlavə, 3 millət vəkili, Madər Musayev, Fəttah Heydərov və Qənirə Paşayeva vəfat edib. Bu müddət ərzində parlamentdə boş qalan 9 yer üçün seçki keçirilməyib.




Paylaş:


Müəllif : Tarix:
14-11-2023, 14:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər