reklam
Regionxeberlericom.az » Araşdırma » Xırdalandakı bu foto ilə bağlı açıqlama

reklam

Xırdalandakı bu foto ilə bağlı açıqlama
















Xırdalan şəhərində məişət tullantıları zibil qutularının ətrafına tökülür və vaxtaşırı olaraq yığılmır. 

Bu barədə jurnalist Cavid İsmayıl sosial şəbəkə hesabında paylaşım edib. Jurnalist məkandan çəkilən fotoya “Xırdalanda səhər mənzərəsi...” adını verib.

O əlavə edib ki, pandemiya təhlükəsinin davam etdiyi bir şəraitdə bu hal yolverilməzdir: “Zibil maşınının sürücüsünü işdən çıxarmağa tələsməyin! Sual budur: dünyada və ölkəmizdə pandemiya təhlükəsinin davam etdiyi bir şəraitdə yaşayış binasının və poçt şöbəsinin qarşısında zibil qutularının nə işi var?”

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab ola bildirildi ki, mövcud problemlərin kökündən həll edilməsi məqsədilə xüsusi təyinatlı avtomobillərin və konteynerlərin alınması, məişət tullantıları üçün poliqonun yaradılması üzərində hazırda iş aparılır: “Göstərilən kadrlara gəldikdə isə bildiririk ki, bayram günlərində məişət tullantılarının həcmi 2 dəfədən çox artıb. Abadlıq və Kommunal Xidmətlər İdarəsinin istifadəsində olan məhdud sayda və texniki vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələri gücləndirilmiş rejimdə işləyib. Bu səbəbdən bu gün səhər saatlarında bir neçə nəqliyyat vasitəsi nasaz vəziyyətə düşüb və təmirə göndərilib. Buna baxmayaraq, tərəfimizdən icarəyə xüsusi nəqliyyat vasitələri cəlb edilib və mövcud vəziyyət artıq aradan qaldırılıb”.

Qurumdan verilən açıqlamada əlavə edilib ki, 1 il ərzində Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına 6 ədəd xüsusi təyinatlı avtomobil, 1000 ədəddən artıq konteyner alınaraq istifadəyə verilib.




Paylaş:


Müəllif : Tarix:
15-11-2023, 14:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər