reklam
Regionxeberlericom.az » Araşdırma » ETN-yi hansı məktəblərin təmir olunacaqlarını niyə gizlədir və ya Mollanın məktəbdə it-bata düşən "göy muncuğu"

reklam

ETN-yi hansı məktəblərin təmir olunacaqlarını niyə gizlədir və ya Mollanın məktəbdə it-bata düşən "göy muncuğu"












Son günlər sosial şəbəkələrdə kənd rayonlarında məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi `nin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz. Nazirliyin müqaviq qurumunun təşkil etdiyi bu tenderləin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, nə sirdirsə, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır. Bu, lap mollanın arvadlarına bir-birindən xəbərsi göy muncuq verməsi lətifəsini xatırladır: bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına/tamahına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq. Bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.

Aşağıda bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair https://etender.gov.az/main/contracts-concluded portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edirəm. Görün, öz kəndinizin məktəbini tapa bilirsinizmi?

P.S. Güman edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələdə şəffaflığın qanuna uyğun təmin olunmasına əncam çəkəcək.

Hafiz Babalı






Paylaş:


Müəllif : Tarix:
17-11-2023, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər