reklam
Regionxeberlericom.az » Araşdırma » Aqil Abbas yazıçılara ev verilməsindən danışdı: “Yazırlar ki...”

reklam

Aqil Abbas yazıçılara ev verilməsindən danışdı: “Yazırlar ki...”
















Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir neçə üzvünə dövlət tərəfindən mənzil verilib. Bu, birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzilərinin 2-3 evi olduğu halda təkrar ev aldığı və bu addımın yanlışlığı deyilir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas ev alanları təbrik edib.

O, yazıçılara dövlət tərəfindən ev verilməsinə çox sevindiyini bildirib:

“Kimliyindən asılı olmayaraq Allah ev alanların hamısına o evlərdə toy etməyi nəsib etsin, xoş günlər keçirsinlər. Hər halda yazıçıları qiymətləndiriblərsə, bundan gözəl nə ola bilər axı?! 20 nəfərin ev aldığı deyilir. 20 nəfər Yazıçılar Birliyinin bir faizi deməkdir. Anlayıram, yazıçılar arasında da pisi-yaxşısı var. Amma dövlət onu sevindirirsə, niyə narazı olmalıyıq?”

Deputat deyib ki, ev alanlar arasında gənc yazıçı Ulucay Akifin də ad var:

“Ulucay Akifə ev verilməsindən gözəl nə ola bilərdi? Akif Səmədin oğluna ev verilməsinin nəyi pisdir axı? Adam gəncdir, nənəsinin evində qalır. Doğrudan Ulucay xəbərini eşidəndə çox sevindim. İstedadlı oğlandır, atası Akif də istedadlı şair, yaxın dostlarımdan idi. Yazırlar, birinin filan qədər evi var, digərinin filan şeyi var. Hə, nə olsun? Allah xoş söz deyənlərdən razı olsun, tənqid edənlərə də kömək etsin”.





Paylaş:


Müəllif : Tarix:
18-11-2023, 22:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər