reklam
Regionxeberlericom.az » Araşdırma » Diabet nədir və ondan necə qorunmaq olar?

reklam

Diabet nədir və ondan necə qorunmaq olar?












Diabet ağır xəstəlikdir. Hər il dünya üzrə bir milyondan çox insan diabetdən ölür. Xəstəliyin risklərinə baxmayaraq, insanların yarısı diabet xəstəliyindən xəbərsizdir.

Bununla belə, həyat tərzini dəyişməklə çox vaxt diabetin yaratdığı digər xəstəliklərdən qorunmaq olur. Hər il dünyada maarifləndirmə məqsədi ilə 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. Bəs biz diabet haqqında nələri bilməliyik?

Şəkərli diabet və ya xalq arasında şəkər xəstəliyi kimi tanınan bu xəstəlik bədənin qandakı şəkərin hamısını (qlükozanı) emal edə bilmədiyi vaxt başlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il dünyada ən azı 1,5 milyon insan diabetlə birbaşa əlaqəli səbəblərdən ölür.

Beynəlxalq Diabet Federasiyasının (IDF) 2021-ci ilə olan məlumatlarına görə, dünyada 537 milyon yetkin şəxs diabetdən əziyyət çəkir. Bunların 75 faizi aşağı və orta gəlirli ölkələrdədir.

Diabetlə bağlı son araşdırmaya görə, sürətlə artan piylənmə və bunula əlaqəli səbəblərdən 2050-ci ilə qədər dünyada diabet xəstələrinin sayı iki dəfədən çox artaraq 1,3 milyardı keçə bilər.

Risklərə baxmayaraq, diabeti olan xəstələrin təxminən yarısı bundan xəbərsizdir.

Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

Diabetə gətirib çıxaran nədir?

Bədənimiz yediyimiz karbohidratları şəkərə (qlükoza) parçalayır.

Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir.

Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur, nəticədə, qanda şəkərin miqdarı artır.

Diabetin hansı tipləri var?

Diabetin bir neçə tipi var.

1-ci tip diabetdəmədəaltı vəzdə insulinin hasil olunması kəsilir və nəticədə qanda qlükozanın səviyyəsi artır.

Alimlər bunun dəqiq səbəbini bilmirlər, lakin hesab edirlər ki, bunun əsasında genetika və ya mədəaltı vəzdə insulin hasil edən hüceyrələri zədələyən viruslu infeksiya dura bilər.

Diabet xəstələrinin təxminən 10 faizində 1-ci tip diabetdir.

2-ci tip diabetdə mədəaltı vəz insulinin hasil olunmasını tam dayandırmır, amma ya kifayət qədər insulin ya hasil etmir, ya da hormonun effektiv işləməsinə nəsə mane olur.

Buna adətən orta yaşlı və yaşlı insanlarda rast gəlinir. Lakin 2-ci tip diabet bəzən artıq çəkisi olan və ya az hərəkət edən gənclərdə də müşahidə olunur. Bəzi xalqlar bu xəstəliyə xüsusi meyllidirlər, xüsusilə Cənubi Asiya xalqlarının nümayəndələri.

Diabet bəzən hamilə qadınlarda da diaqnozlaşdırlır. Bu cür diabetə hamiləlik diabeti deyilir: hamilə qadının bədəni qadının özü və bətnindəki uşaq üçün kifayət qədər insulin hasil edə bilmir.

Müxtəlif tədqiqatlara görə, hamilə qadınların 6-16 faizində hamiləlik diabeti yarana bilər.

Həmin qrupa aid qadınlar qandakı şəkərin miqdarına nəzarət etməli, pəhriz, fikizi aktivlik və/və ya insulin iynələri ilə onu normada saxlamalıdır ki, onlarda 2-ci tip diabetin əmələ gəlməsinin qarşısını ala bilsinlər.

Diabetin əlamətləri

Ən geniş yayılmış əlamətləri:

mütəmadi susuzluq hissi

sidiyə normadan çox çıxmaq, xüsusilə, gecələr

artmış yorğunluq hissi

çəkinin səbəbsiz itirilməsi

kandidoz

görmə qabiliyyətinin zəifləməsi

gec sağalan kəsik yaralar

Britaniya Səhiyyə Sisteminin bildirdiyinə görə, 1-ci tip diabetin əlamətləri insanlarda özünü getdikçə daha gənc yaşlarda göstərməyə başlayır.

2-ci tip diabet riskinə isə yaşı 40-dan yuxarı olan insanlar daha çox məruz qalırlar (Asiya xalqlarında bu yaş həddi 25-dən başlayır); valideynləri və ya qardaş və bacılarında diabet varsa; çəkiləri normadan artıqdırsa; Cənubi Asiya, Çin, Afrika-Karib və ya qaradərili Afrika mənşəlidilərsə.

Yatmaq vaxtı olduğunu biz necə başa düşürük?

Həftədə bir neçə dəfə spirtli içki içmək "diabet riskini azaldır"

Qarşısı alınandırmı?

Diabet genetik faktorlardan və ətraf mühit faktorlarından asılıdır, lakin sağlam pəhriz saxlamaqla və aktiv həyat tərzi sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etmək mümükündür.

Emal olunmuş şirin ərzaq məhsulları, şirinləşdirilmiş içkilər, ağ çörək və makaronlardan imtina etmək bu istiqamətdə atılmış ilk addım ola bilər.

Sağlam pəhrizə meyvə-tərəvəz, lobya, taxıl, təmiz bitki yağı, qoz-fındıq, omeqa-3 yağı ilə zəngin balıq kimi məhsullardan təşkil edilə bilər.

Vacibdir ki, yemək müəyyən fasilələri gözləməklə qəbul edilsin, aclıq hissi gəlməyəndə isə yemək yeyilməsin.

Fiziki aktivlik də qanda şəkərin səviyyəsinin azalmasına kömək edir.

Arıqlamağa çalışanda isə bunu yavaş-yavaş etmək lazımdır, misal üçün həftədə 0,5-1 kq arıqlamaq olar.

Siqaret çəkməmək və ürək-damar xəstəlikləri riski yarada bilən qandakı xolesterolun da səviyyəsinə nəzarət etmək də vacib məsələdir.

Diabetin hansı fəsadları ola bilər?

Qanda şəkərin yüksək səviyyəsi qan damarlarını ciddi sürətdə zədələyə bilər.

Bədəndə yaxşı dövran etməyən qan bədənin bəzi hissələrinə gedib çatmaya bilər, bu isə sinirlərin zədələnməsinə və ağrının hiss olunmamasına gətirib çıxara bilər.

Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər, WHO xəbərdarlıq edir.

Bağırsağınızda problem varsa, bu 6 təklifi oxuyun

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

1.4 milyard insan "yetərincə fiziki fəaliyyətlə məşğul deyil"

2016-cı ildə təxminən 1,6 milyon insanın ölümünə birbaşa diabet səbəb olub.

Diabetə nə qədər adam tutulub?

1988-ci ildə dünyada 108 milyon diabet xəstəsi var idisə, 2014-cü ildə bu rəqəm 422 milyona çatıb, WHO bildirir.

Beynəlxalq Diabet Federasiyasının təxminlərinə görə, böyüklər arasında diabet xəstələrinin təxminən 80 faizi yoxsul və adambaşına gəlir orta hesab edilən ölkələrin payına düşür.

İnkişaf etmiş ölkələrdə diabet xəstələrinə əsasən emal olunmuş və ucuz yeməklərə vərdiş etmiş aşağı gəlirli təbəqələrin təmsilçiləri arasında daha çox rast gəlinir.

BBC




Paylaş:


Müəllif : Tarix:
19-11-2023, 12:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər