reklam
Regionxeberlericom.az » Araşdırma » Qəzzada evini tərk edən fələstinlilərin sayı 1,7 milyona çatıb

reklam

Qəzzada evini tərk edən fələstinlilərin sayı 1,7 milyona çatıb


















İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlar nəticəsində 1 milyon 700 min fələstinli Qəzza zolağının müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalıb.

Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bu gün dərc edilən hesabatında məlumat verilib.

Hesabatda noyabrın 19-na olan məlumata görə, 156 UNRWA sığınacağında 930 min, 99 UNRWA sığınacağında 770 min olmaqla, ümumilikdə 1 milyon 700 min məcburi köçkünün yaşadığı qeyd edilib.

Hesabatda, həmçinin, Qəzza zolağının şimalındakı 57 UNRWA sığınacağına təxminən 160 min fələstinli məcburi köçkünün sığındığı, ancaq agentliyin onlara yardım göstərmək üçün ehtiyacları barədə məlumat ala bilmədiyi qeyd edilib.

Humanitar yardıma gəlincə, hesabatda noyabrın 19-na kimi 1268 yardım maşınının, o cümlədən ərzaq, su, tibbi ləvazimat və digər əsas ləvazimatları daşıyan 200 UNRWA maşınının “Rəfah” Sərhəd Qapısından Qəzzaya daxil olduğu bildirilib.




Paylaş:


Müəllif : Tarix:
22-11-2023, 18:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər