Şahramanyan Qarabağdan helikopterlə qaçıbmış... - Komissiya sədri açıqaldı
Bir müddət əvvələ qədər Azərbaycan ərazilərində "fəaliyyət göstərən" separatçı rejimin özünü buraxan «rəhbəri» Samvel Şahramanyan Ermənistan parlamentində yaradılmış istintaq komissiyasına ifadə verib.
Ermənistan parlamentindəki 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan yerli mətbuata açıqlamasında bununla bağlı açıqlama verib.
O, Samvel Şahramanyandan Ermənistana helikopterlə necə gələ bilməsi, habelə, sabiq rejim rəhbərlərinin niyə Azərbaycandan çıxa bilməməsi barədə suala cavab alıb. Lakin Koçaryan təfərrüatları açıqlamayıb.
"İstintaq komissiyasının rəyini gözləyin", - deyə deputat vurğulayıb.
O bildirib ki, istintaq komissiyasının iclaslarına iki nəfər - Tiran Xaçatryan və Movses Akopyan (Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisləri - red.) gəlməkdən imtina ediblər.
“Əvvəlcə Movses Akopyan gəlmək istədi, amma sonra gəlmədi. Vardan Oskanyan isə (Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri – red.) komissiyaya gəlmədən belə ifşalar edirdi... Mən həmişə Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyandan sitat gətirirdim. O deyirdi ki, sən orada olmalısan. İstintaq komissiyasının verdiyi fürsətdən imtina etmək ən azı axmaqlıqdır. Oskanyan həftədə bir dəfə qorxmuş üzü ilə ekran vasitəsilə yeni nöqteyi-nəzərini ifadə edə bilər, lakin bu, artıq maraqlı deyil”, - deputat qeyd edib.
Onun sözlərinə görə, müxalif «Ermənistan» blokundan olan deputatlar Şahramanyanın iclasda iştirakını istəmirdilər.
“Görünür, onlar Şahramanyanın bu gün burada olmasını istəmirdilər. Lakin onlar gecikdilər. Biz Şahramanyanla üç saat işlədik”, - Köçəryan bildirib.
Onun sözlərinə görə, istintaq komissiyasının rəyi əsasında cinayət işi açıla bilər. “Şəhramanyan özü baş prokurora müraciət edərək bir çox məsələlərlə bağlı araşdırmanın təşkili, hüquqi həll yollarının tapılması xahişi ilə müraciət edi”, - deyə Ermənistandakı hakim partiyanın nümayəndəsi yekunlaşdırıb.
Koçaryanın dediklərindən belə məlum olur ki, Şahramanyan Xankəndini Laçın yolu ilə deyil, Rusiya hərbi kontingentinə aid vertolyotla tərk edibmiş. Həmin vaxt Qarabağda olan separatçıların digər sabiq “rəhbərlərinin” aqibəti isə hamıya məlumdur...
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2023, 18:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər