reklam
Regionxeberlericom.az » Araşdırma » Dövlətə xəyanət etmiş şəxsə bu cəza verildi

reklam

Dövlətə xəyanət etmiş şəxsə bu cəza verildi
















2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

1992-ci il təvəllüdlü Yevlax rayon sakini Elnur M. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləyib. O, 2022-ci ilin yanvar ayından İran xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlığa cəlb edilib və ümumilikdə 12-15 min manat pul alıb. Bu müddət ərzində xarici kəşfiyyat Elnura xüsusi avadanlıqlar verib və hərbi obyektləri izləyərək şəkillərini çəkməsi üçün fotoaparat alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Elnur M. 2022-ci ilin dekabr ayında tutulub və barəsində cinayət işi açılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr tarixli hökmü ilə ona 16 il həbs cəzası verilib.

Qeyd edək ki, bundan əvvəl xarici xidmət orqanlarına işləməkdə ittiham edilən digər şəxslər Faiq Zeynalov, Etibar Məmmədzadə və Tural Məmmədov Elnurun Yevlaxda kirayə tutduğu evə gizli daxil olaraq onun agentura məlumatlarının toplandığı notbukunu ələ keçirməyə cəhd ediblər. Sözügedən şəxslərin saxlanılması ilə bağlı DTX bu ilin martında rəsmi məlumat yayıb. 


 




Paylaş:


Müəllif : Tarix:
12-12-2023, 15:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər