“Azərbaycandakı agentura şəbəkəsini bəzi məmurlar himayə edib” - ŞOK DETALLAR
Son 1 ildə Azərbaycanda İrana casusluq edən agentura şəbəkəsinə qarşı ciddi əməliyyatlar həyata keçirilib. Həmçinin bir neçə tanınmış şəxs də Rusiyaya casusluqda ittiham edilərək saxlanıldı.
Artıq 1 aydır Qərbin, əsasən də ABŞ-ın nəzarətində olan təsir agentlərinin ətrafında xüsusi əməliyyatların keçirilməsi müşahidə olunur. Həmçinin ölkədə üzdə olan, bilinən xarici ölkələrdən başqa fərqli dövlətlərə çalışan agentura şəbəkələrinin də olduğu iddia edilir. Onların müxtəlif sosial və mədəniyyət proqramları pərdəsi altında, həmçinin fərqli metodlarla təbliğat kampaniyaları həyata keçirməyə çalışdıqları deyilir.
Bəs son aylarda keçirilən əməliyyatlar, görülən tədbirlər kənar dövlətlərin agent şəbəkələrini nə dərəcədə zəiflədib? Bütün bunlar mövcud təhlükəni aradan qaldırıbmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə təhlükənin hələ bitmədiyini deyib:
“Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkələrinə qarşı görülən tədbirlərin müsbət təsiri olacaq. Bir çox şəbəkələr bu tədbirlər nəticəsində sıradan çıxarılıb və ya fəaliyyətləri məhdudlaşdırılıb. Amma təhlükə tam aradan qalxayıb. Çünki həmin şəbəkələri yaradan qüvvələr öz əməllərindən əl çəkməyiblər. Onlar müxtəlif yollarla başqa üzvlər cəlb etməyə, yeni təsir mexanizmləri hazırlamağa davam edirlər.
Ölkəmizdə fəaliyyət göstərən İran və Qərb agentura şəbəkələrinə qarşı ciddi tədbirlər görülüb. Öz milli, mədəni, dini, hüquqi adət-ənənələrinin və qaydalarının təbliğ olunması və xoş münasibət formalaşdırılması üçün xarici agentura şəbəkəsi qurmaq geniş yayılmış mexanizmlərdəndir”.
Y.Hacızadə İranın Azərbaycanda necə geniş şəbəkə qura bilməsinə aydınlıq gətirib:
“Sovet İttifaqının tərkibində yaşadığımız 70 il müddətində ölkəmizdə islam dininin qadağan olunması, ateizmin təbliği, müstəqillik əldə etdikdən sonra bu sahədə böyük boşluqların yaranmasına səbəb oldu. Nəticədə qonşu İran daxil olmaqla, bir neçə ölkə Azərbaycanda din adı altında böyük şəbəkə qura bildi. Şiəliyin təbliğini, yayılmasını, başqa ölkələrdə teokratik dövlət yaratmağı özünün başlıca siyasəti halına gətirən fars rejimi, qurduğu şəbəkələrdən istifadə edərək ölkəmizin konstitusiyon quruluşuna qarşı təbliğat apardı. Nəticədə onun ölkəmizdəki şəbəkəsi böyük həcmdə sıradan çıxarıldı”.
Ekspert bildirib ki, indi Qərbə və ABŞ-a çalışan agentura şəbəkələri öz fəaliyyətlərini müxtəlif adlar altında həyata keçiriblər:
“Bu gün aktiv fəaliyyət göstərən daha bir agentura şəbəkəsi Qərb ölkələrindən qidalanan media, qeyri-hökumət təşkilatları və özlərini “siyasi şərhçi” kimi təqdim edən şəxslərdir. Qərb ölkələri, əsasən də ABŞ, bu sahədə missionerlik fəaliyyətini insan hüquqları, demokratiya kimi universal dəyərlər adı altında həyata keçirirlər. Onlar bu prinsiplərdən öz imperialist maraqları üçün istifadə edirlər. İkili yanaşma tətbiq edərək, maraqları təmin olunan ölkələrdə insan hüquqları, demokratik prinsiplərin pozulmasına göz yumur, onların maraqlarına tabe olmayan , müstəqil siyasət aparan ölkələrdə bu məsələlər daim qabardılaraq, gündəmə gətirilərək təsir vasitəsi kimi istifadə edilir.
İran və Qərb agentura şəbəkələri müəyyən ideologiya əsasında formalaşıb. Yəni onların məqsədi müəyyən etdikləri ideologiyaya xidmət edəcək şəxslər tapmaq, fəaliyyət göstərəcəkləri ölkələrin daxili işlərinə qarışmaq, ictimai rəyi onların xeyrinə formalaşdırmaq, ölkə haqqında beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaqdır”.
Y.Hacızadə bəzi məmurların bu şəbəkələrin varlığından xəbərdar olduğunu deyib:
“Təəssüf ki, uzun müddət agentura şəbəkələrinin qurulmasına bəzi məmurlar tərəfindən göz yumulub, hətta inkişaf etməsinə şərait yaradılıb. Xalqımız Qarabağ müharibəsində, zəfərdən sonrakı proseslərdə anladı ki, belə qüvvələr kimlərə xidmət edir. Dostu və düşməni bir daha gördük. Ona görə bu kimi qüvvələri artıq dövlətimiz üçün böyük təhlükə hesab etmirəm, amma inkişaf etmələrinin qarşısını almaq üçün tədbirlər görülməsi vacibdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 22:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər