Rövnəq Abdullayevin qudasının direktor olduğu şirkət ləğv edilir?
Dövlət Vergilər Xidmətinə məxsus “Vergilər” qəzetinin rəsmi veb-saytında “Pirallahı” adlı şirkətin ləğv olunduğu barədə elan yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında qeyd olunan adda şirkət mövcud deyil.
“Vergilər” qəzetində yerləşdirilən elanda şirkətin təşkilati-hüquqi forması da (ASC, QSC, MMC və s.) qeyd olunmayıb.
Elanda qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Neftçilər pr., ev 153 ünvanına bildirə bilərlər.
Bildirək ki, həmin ünvanda da “Pirallahı” adlı şirkət qeydiyyata alınmayıb. Qeyd olunan ünvanda ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” yerləşir.
Ləğvetmə elanında mövcud olmayan “Pirallahı” adlı şirkətin VÖEN-i də qeyd olunub. Lakin, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında bu VÖEN-in “AST Beynəlxalq Tikinti” MMC-yə məxsus olduğu göstərilir.
2007-ci ildə dövlət qeydiyyatına alınan “AST Beynəlxalq Tikinti” MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir. Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov pr., ev 55-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Zeynal Hacıməmməd oğludur.
Qeyd edək ki, “AST Beynəlxalq Tikinti” MMC-nin Türkiyənin “DNT Holdinq” şirkətlər qrupuna məxsus olduğu bildirilir. Sözügedən şirkət Bakıda “Günəş” Uşaq evi və SOCAR VİP qonaq evi, həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqlərini layihələndirib.
Şirkətə rəhbərlik edən Zeynal Əliyevin isə SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin qudası olduğu bildirilir.
Zeynal Əliyev “AST Beynəlxalq Tikinti” MMC ilə eyni hüquqi ünvanda yerləşən və nizamnamə kapitalı 6 milyon 436 min 405 manat olan “Azər Aqro” MMC-yə (VÖEN- 1301635741) də rəhbərlik edir. Zeynal Əliyevin daha əvvəl eyni hüquqi ünvanda yerləşən və nizamnamə kapitalı 15 milyon 310 min 840 manat olan “Azər Toxum” MMC-yə (VÖEN – 1301637601) rəhbərlik etdiyi bildirilir. Hazırda bu şirkətə Fərid Həmidov rəhbərlik edir.
Zeynal Əliyev eyni zamanda Neftçilər pr, ev 67, m. 23-də yerləşən “Aneliorator “MMC (VÖEN – 1701329331) və “Azər Hunting” MMC-lərin (VÖEN – 1701415971) rəhbəridir. Hər iki şirkət 20 manat nizamnamə kapitalı ilə 2012-ci ildə dövlət qeydiyyatına alınıb.
Zeynal Əliyevin daha əvvəl nizamnamə kapitalı 2 milyon 684 min manat olan “Azər Yem Sənaye” MMC-yə (VÖEN – 3800172041) də rəhbərlik etdiyi qeyd olunur. Bu şirkətin hazırkı rəhbəri Rəhimov Qoca Ruflan oğludur.
Onu da bildirək ki, “Azər Toxum” MMC kimi “Azər Yem Sənaye” MMC-nin rəhbərliyindəki dəyişiklik təxmin 20 gün əvvəl baş tutub.
Bunlardan başqa Zeynal Əliyev 1998-ci ildə “Naxçıvan” Sığorta Kommersiya Şirkəti adı ilə təsis olunan, 2010-cu ildən “Meqa Sığorta” ASC adı altında fəaliyyət göstərən sığorta şirkətinin 6 təsisçisindən biri olub. Hazırda o, şirkətin səhmlərinin 10%-nin sahibi kimi təqdim olunur.
Zeynal Əliyevin oğlu Rauf Əliyev də (Rövnəq Abdullayevin kürəkəni) bu sığorta şirkətinin əsas səhmdarlarından biridir.
Rauf Əliyev eyni zamanda “Rabitə Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.
Rövnəq Abdullayevin kürəkəni “Trust Holding” MMC (VÖEN - 1602326211) adlı şirkətə də rəhbərlik edir. Bu ilin fevral ayında “AR CONSTRUCTİON” MMC-nin (VÖEN - 1402830021), “Z KOMMERS” MMC-nin (VÖEN --1402886831) və “AS BUILDING” MMC-nin (VÖEN - 1402886701) adlı şirkətlər ləğv olunaraq “Trust Holding” MMC-yə qoşulublar. “Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib.
Abdullayevin kürəkəni həm də “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və “Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271) qanuni təmsilçisidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2023, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər