reklam
Regionxeberlericom.az » Araşdırma » “TikTok”da əlil uşağın təhqir olunması: - “Lazımsız adamların çoxu ora yığışır”

reklam

“TikTok”da əlil uşağın təhqir olunması: - “Lazımsız adamların çoxu ora yığışır”















“TikTok”da sağlamlıq imkanları məhdud olan yeniyetməni bir qrup şəxsin lağa qoyması sosial şəbəkələrdə müzakirələr səbəb olub.

Sözügedən görüntülərin yayılmasından sonra sağlamlıq imkanları məhdud olan İlfanı lağa qoyanlar üzrxahlıq videosu çəkiblər.

Yenisabah.az-a danışan psixoloq Vəfa Rəşidova yeniyetmələrin bu əməlini natamamlıq kompleksi kimi izah edib:

“Çoxları deyirki, “TikTok” qeyri-ciddi bir platformadır. Lakin “TikTok”da ciddi adamlar da var. Amma əksəriyyət real həyatda bacara bilmədiklərini şəbəkədə həyata keçirərək özünü təsdiq etməyə çalışır. Bir yeniyetmənin fiziki cəhətdən zəif olanı təhqir etməsi ailədaxili münasibətlərə görədir. Yəni həmin yeniyetmənin həyatını götürsək, görəcəyik ki, hər gün onu ya atası, ya da anası tənqid və ya təhqir edir”.

Mütəxəssisin sözlərinə görə, normal psixologiyada olan insan bu cür davranışa rəvac verməz:

“Məsələn, narkotik istifadəçisi olanlar digərlərini də eyni vəziyyətə salmağa çalışırlar. Bunu etdikdə özünü, bir növ, təsdiq edir ki, təkcə o aşağılanmır, o da aşağılaya bilər və s. Bunun kökündə natamamlıq kompleksi dayanır.

Aşağılamaq da həmişə aşağılanan insan üçün bir müddət həzzə çevrilir. Çünki onda güclənir. Bu, əslində, xəstə psixologiyasıdır və bugünkü yeniyetmələrin qlobal problemidir. Elə bir cəmiyyətdə yaşayırıq ki, bu gün övladını aşağılamayan ailələr barmaqla sayılacaq qədərdir.

Təkcə “TikTok”da deyil, “Instagram” və “Facebook”da bundan betər hadisələri görmək mövcuddur. Sadəcə, lazımsız adamların çoxu “TikTok”a yığışıblar. Nə zamansa, “TikTok”a bənzər bir proqram çıxsa, bu tip adamlar da oraya keçəcək. Məncə, təqsir bu yeniyetmələrdə yox, onların ailələlərindədir”.





Paylaş:


Müəllif : Tarix:
20-12-2023, 12:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər