Siyasi partiyanın öz namizədi olmasa, bu "boykot" deməkdirmi?!
Siyasi partiyanın öz namizədi olmasa, bu "boykot" deməkdirmi?! Təbii ki, yox, hakimiyyətin illərdir ən böyük arzusu-istəyi vətəndaşı seçkilərdən soyutmaq olub, bunun üçün saxtakarlıq daxil, hər şey edib. Onların "boykot müttəfiqləri", sistemi ayaqda tutmaq üçün daim kömək edən 30 illik "müxalifət" də bu işdə ən böyük yardımçıları olub, vətəndaşa seçkilərə inamsızlıq aşılayıblar.
İndi yenə çıxıb, "xalqı boykota çağırırıq", kimi mənasız, nə siyasi, nə də hüquqi nəticəsi olmayan bəyanatlar verirlər. Boykotun hüquqi nəticəsi o zaman olur ki, seçicilərin gəlmədiyini sübit edəsən - son 25-30 ildə 12 seçki boykot ediblər nəticə əldə ediblərmi?! Təbii ki, yox. Boykotun siyasi, hüquqi nəticəsi o zaman olur ki, xalqı seçilərə etiraz olaraq meydanlara çıxartmağı, və ya seçkinin beynəlxalq legitimliyini sual altlna salmağı bacarırsan - buna nail olublarmı?! Yox, olmayıblar. Deməli boykot ancaq elə hakimiyyətə yarayıb, vətəndaş seçkilə gəlməyib, hakimiyyət də istədiyi kimi saxtakarlaşdırıb, hüquqi və siyasi nəticəsini öz xeyrinə həll etməyə nail olub.
Öz namizədi ilə iştirak etməməklə seçkidə aktivliyə səsləmək olar:
1) Gedin kimə istəsəz səs verin, amma gedin, bülleteninizə sahib çıxın,
2) Son vaxtlar seçki dairə və məntəqələrində xeyli dəyişiklik olub, gedin, adınızı seçki siyahasında tapın, yoxdursa, saldırın ki, növbəti seçkilərdə dəqiq harda səs verəcəyinizi bilin,
3) Gələn il daha azı 2 seçki sürəci var, seçkilərdə ən vacib institut müşahidəçilikdir, siyasi partiyalar indiki seçkilərdən istifadə edib yüzlərlə müşahidəçi qeydiyyatdan keçirə, onlara təlim keçə, növbəti seçkilərə daha hazırlıqlı gedə bilərlər,
4) Öz namizədi olmadığını görə siyasi partiyalar bu dönəndə namizədlərdən siyasi-iqtisadi proqramlarını tələb edə, ölkədə keyfiyyətli diskurs qura bilərlər,
5) Nəhayət, gedib hər kəsin əlehinə olduqlarını da bildirə bilərlər - bunun hüquqi əsası qanunda yoxdur, amma siyasi mesaj kimi mümkündür.
Natig Cəfərli
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2023, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər