Baş nazir bir ay sonra öz qərarını dəyişirsə... – Şərh
Xəbər verdiyimiz kimi, baş nazir Novruz Məmmədov "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə 2019-cu il 16 iyul tarixli qərarına yenidən dəyişiklik edilib. Belə ki, həmin qərarın 3-cü hissəsi – "Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər" - ləğv edilib.
Məlumat üçün bildirək ki, qeyd olunan əsasnamənin 2.6-1-ci bəndində isə nəzərdə tutulur: "Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir".
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, son dəyişikliyə qədər vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirdilər: büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirdilər; büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirdilər; sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirdilər; büdcəyə artıq ödəmələrin qalan məbləğinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu qaydalarda nəzərdə tutulmuş formada rəy tərtib edirdilər. Odur ki, artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməli idilər.
“Yeni Sabah” xəbər verir ki, baş nazirin bu yaxınlarda verdiyi qərarına yenidən dəyişiklik etməsinin səbəbləri ilə bağlı "Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Nazirlər Kabineti kimi vacib bir qurum 2 ay bundan əvvəl verdiyi fərmanı dəyişirsə, bu, problemlərin araşdırılmasında və qərarların verilmə mexanizmində ciddi qüsurların olduğunu göstərir:
"Qeyd edim ki, indiki qərarda bundan bir neçə il öncə verilmiş fərmana istinad olunur. Deməli, obrazlı desək, Nazirlər Kabineti öz qərarını verərkən heç də yaxşı çalışmayıb. Bu səbəbdən də üstündən qısa müddət keçdikdən sonra öz qərarını dəyişmək məcburiyyətində qalıb. Halbuki Nazirlər Kabineti kimi bir qurum öncədən bütün qərarlarını ciddi şəkildə araşdırıb sonradan verməlidir".
"Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərarına edilən dəyişikliyin mahiyyətinə gəlincə, iqtisadçı ekspert bildirdi ki, sözügedən qərarda dəyişiklik sadəcə bir cümlənin çıxarılmasından ibarətdir:
"Belə ki, əvvəllər vergi və ya müxtəlif güzəştlərin tətbiqi, eləcə də borcların silinməsi müvafiq icra strukturunun qərarına bağlı idi. Son dəyişiklikdən sonra isə artıq bu qərara bağlı deyil, ümumi verilmiş fərman və yaxud da qərarla müəyyənləşdiriləcək. Yəni obrazlı demək mümkünsə, Vergilər Nazirliyi əvvəllər özü qərar verirdi ki, kimlərin vergisini azalda, kimlərin vergi borclarını silə və yaxud azalda bilər.
İndi isə bu proses mərkəzləşdirilmiş qaydada aparılacaq. Qərardakı dəyişiklik bundan ibarətdir. Mənə elə gəlir ki, əslində bu, elə də böyük bir dəyişiklik də deyil. Yəni prosedur qaydalarına aiddir və adi, rutin məsələdir. Onu da nəzərinizə çatdırım ki, son dəyişikliyin sahibkarlara, vergi ödəyicilərinə elə də ciddi təsiri olmayacaq. Bu dəyişiklik məhkəmə qərarlarına aid edilmir. Bu, yaxşı haldır. Odur ki, məhkəmə qərarı da faizlərin silinməsində əsas götürülə bilər. Lakin çox güman ki, bundan sonra mərkəzləşdirilmiş qaydada aparılacaq".
Nazirlər Kabinetinin öz qərarını dəyişdirməsinin ilk dəfə baş vermədiyini vurğulayan Respublikaçı Alternativ Partiyasının icra katibi indiyədək bir neçə dəfə bu cür halın yaşandığını qeyd etdi: "Bu günədək ən azı bir-iki dəfə belə hadisə olub ki, Nazirlər Kabineti verdiyi qərarı sonradan ləğv edib. Deməli, Nazirlər Kabineti dərsinə yaxşı çalışmır, öncədən problemləri kökünə qədər araşdırmır ki, sonradan da belə xoş olmayan vəziyyət yaranır. Beləcə, qurum öz verdiyi qərarları dəyişmək məcburiyyətində qalır.
Halbuki baş nazirin bu cür qərarlar hazırlamaq bacarığında olan güclü aparatı, peşəkar komandası olmalıdır. Çünki baş nazir özü gecə-gündüz kompyuter arxasında oturub bu qərarları yazmır. Bunun üçün onun yaxşı bir komandası olmalıdır ki, həmin qərarları hazırlasın, bütün incələmələrini etsin və sonradan tanış olub imzalamaq üçün baş nazirə təqdim etsin. Belə görünür ki, Artur Rəsizadənin komandası Novruz Məmmədovun komandasından daha peşəkar çalışırmış. Çünki bu gün ən azından peşəkarlıq probleminin olduğu açıq-aşkar şəkildə hiss olunur".
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-09-2019, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-09-2019, 10:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
31-10-2024, 08:31