Ukraynadan Gerasimovun ölümü ilə bağlı məlumata - Münasibət
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yanvarın 4-ü Krıma hücum zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Budanov yerli telekanalların birində bu məsələ barədə danışarkən deyib:
“Belə desək, mən bunu təsdiq edəcək məlumata sahib deyiləm”.
Gerasimovun ölümü ilə bağlı məlumat rəsmi olaraq təsdiq və yaxud təkzib edilməsə də, Rusiya Müdafiə Nazirliyinə yaxın “Война с фейками” teleqram kanalı bunu feyk adlandırıb.
Qeyd edək ki, Rusiya tərəfindən ilhaq olunan Krım yanvarın 4-ü Ukrayna tərəfindən pilotsuz uçuş aparatları (PUA) və raketlərlə atəşə tutulub. Bunun son zamanlar baş verən ən genişmiqyaslı hücum olduğu bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sevastopolda Rusiyaya məxsus idarəetmə məntəqəsini, eləcə də Pervomayskoye kəndi yaxınlığında sursat anbarlarını vurduğunu açıqlayıb. Bununla yanaşı, hücumdan sonra sosial şəbəkələrdə hadisə zamanı Valeri Gerasimovun öldüyü barədə məlumatlar yayılıb. Ukrayna Təhlükəsizlik Xidməti sözügedən məlumatı hələ ki şərh edə bilməyəcəklərini açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2024, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər