Söyün Sadıqovun həbsində qaranlıq məqamlar: - Prezident və erməni nazirin təlimatı, yoxsa "qara" milyonlar?
Xəbər verdiyimiz kimi, 2019-ci ilin fevralında Rusiyanın Rostov şəhərində azərbaycanlı oliqarx, prezident Putinin sabiq rəsmi nümayəndəsi Söyün Sadıqov həbs olunub.
Onunla birlikdə iş adamı Маzur da saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü bəndi və 159-cu maddənin 4-cü bəndi ilə cinayət işi açılıb. Bu maddələr başqasına məxsus əmlakın zorla ələ keçirilməsini əhatə edir.
Cebhe.info xəbər verir ki, 2018-ci ilin sentyabrında Söyün Sadıqov "İNTERLES-L" MMC-nin direktoru tərəfindən tikinti və hüquq sahəsində xidmət göstərmək üçün Rostova dəvət edilib. Şirkətin "NEBUQ" MMC ilə arbitraj mübahisəsi vardı. Mübahisədə "İNTERLES-L"i onun rəhbərlərindən olan hüquqşünas Mazur təmsil edirdi. "NEBUQ" şirkətinin rəhbəri əvvəllər Çebanyan soyadı daşıyan Çebanov idi. Sadıqov məhz onun şikayəti əsasında saxlanılıb. O, şikayət ərizəsini hələ 31.01.2019-da yazıb. Ancaq 04.02.2019 -da polisə verib. Bu ərizə əsasında kafedə əməliyyat keçirilib və Sadıqovla Mazur saxlanılıb.
Çebanovun kimliyinə gəlincə, onun Ukrayna prezidenti Poroşenkonun yaxın adamlarından biri ilə biznes əlaqəsi var. Həmçinin deputat İqor Kononenko ilə işbirliyindədir. Ukrayna daxili işlər naziri, adı bu ölkədə azərbaycanlı biznesmenlərə qarşı cinayətlərdə hallanan erməni Arsen Avakovla qohumdur. Çebanov Kononenko ilə birlikdə "Astra Devolopment" şirkəti qurub. Bu şirkət infrastruktur obyektlərinin tikintisində pay sahibidir. Eləcə də Donbas kömürünün ixracıyla məşğuldur. Nəzarətsiz ərazidən daşınan kömür daha sonra Rusiyaya dair sənədlərlə yenidən Ukraynaya qaytarılır. Belə ki, Rusiyaya məxsus olduğuna dair sənədlərlə " EKSPO Trans" şirkəti vasitəsilə Ukraynaya ixrac olunur. "NEBUQ" bir zamanlar kurort biznesində Tuapse şəhərində fəaliyyət göstərib. Səhmdarlar arasında olan "İNTERLES-S" 60 faiz paya sahib idi. Şirkətə uzun müddət ata Arkadi Çebanov rəhbərlik etmişdi. Hazırda külli miqdarda yeyinti və fırıldaqçılıq ittihamı ilə cəza çəkir. Şirkətdəki qara əməllərini o, aşağıdakılarla həyata keçirib: 1. A.Korovaykin. Bu adamın adı Arkadi Çebanovla birlikdə Rostov Donda 2017-ci ikin yayında tarixi kvartalda yanğın törədilməsinə sifariş verilməsində hallanır. Hadisə nəticəsində bir neçə nəfər həlak olub. Yanğında məqsəd ərazini tikinti üçün boşaltmaq olub. Hadisə ilə bağlı səs-küylü cinayət işinin açılmasına və işin hətta prezident Putinin nəzarəti altında aparılmasına baxmayaraq, Korovaykin sakitcə Rusiyanı tərk edə bilib. Hazırda İspaniyada yaşayır. 2. M.Oskanov (Oskanyan). Onun da adı 2015-ci ildən qalmaqalli işlərdə hallanır. Həmin il mənimsəmə yolu ilə "İNTERLES-L"-ə məxsus əmlakı mənimsəyib. Bu işlə bağlı istintaq cinayəti törədən şəxsin tapılmaması səbəbindən dayandırılıb. Çebanov hələ 2006-cı ildə "NEBUQ" şirkətini onun əsas səhmdarı olan "İNTERLES-L"-dən almaq istəyirdi. "Mənimsəmə sxemi" qurulmuş və şirkət müflisləşmə ərəfəsində bütünlüklə ələ keçirilmişdi. Bu qanunsuz əməllər nəticəsində fiziki şəxslərə də ziyan dəymişdi.
"Qolos pravdu" saytının yazdığına görə, bundan sonra "İNTERLES-L" səhmdarı olduğu "NEBUQ"-a məxsus 17 daşınmaz əmlakı qanuni əsaslarla geri ala bilib. Həmçinin Tuapse şəhərində 2,5 ha ərazini icarəyə götürüb. "NEBUQ"-la arbitraj mübahisəsində sirkəti onun rəhbərlərindən olan Y. Mazur təmsil edirdi. 2018-ci il sentyabrda "İNTERLES-L"-in direktoru Kiril Şiryayev və Y. Mazurun dəvəti ilə Söyün Sadıqov tikinti və hüquq sahəsində xidmət göstərmək üçün şirkətlə müqavilə bağlayır. Sadıqov Şiryayevə təklif edir ki, onun layihəsi əsasında uşaqlar üçün ürək-damar xəstəliklərinin reabilitasiya mərkəzi tikilsin. Sadıqov layihəyə xarici investorlar da cəlb edəcəyini deyir. Mazur və Şiryayev layihə üçün onların mülkiyyətində olan 17 obyektdən istifadəni təklif edir. Həmçinin icarəyə götürdükləri 2,5 ha torpaqdan istifadə də müzakirə olunur. Sadıqov "NEBUQ"la arbitraj mübahisəsi barədə də məlumatlandırılır. Mazur S.Sadıqova deyir ki, Korovaykinin tapşırığı ilə "İNTERLES-L"-lə sülh danışıqlarını "NEBUQ" adından Oskanyan aparıb. Amma danışıqlar dalana dirənib, cünki qarşı tərəf sazişdə nəzərdə tutulan 150 milyon rublu ödəməkdən imtina edir. Sadıqov tərəflərlə danışıqlara başlayır. Artıq 2018-ci il yanvarda danışıqlar "ölü nöqtə"dən çıxır. Tərəflər 150 milyonun 100 milyona endirilməsini razılaşdırır. 2019-cu il fevralın 5-də növbəti danışıqlarda Oskanov məbləğin 50 milyona endirilməsinə çalışır. Ancaq "İNTERLES-L"i təmsil edən Sadıqov və Mazur buna qəti etiraz edir. Daha sonra aydın olur ki, Korovaykin, Oskanov və iki oğlu ilə bərabər Çebanov danışıqlarda bir məqsəd güdüb- Mazur və Sadıqova qarşı cinayət işi açmaq üçün hüquq-mühafizə orqanlarına vaxt qazandırmaq. Beləliklə, Sadıqov və Mazuru kənarlaşdıraraq "İNTERLES-L"ə məxsus daşınmaz əmlaka müftə sahiblənmək istəyir. Oskanovun təşəbbüsü ilə Mazurla Sadıqov kafedə onunla görüşə gəlir. Görüş fevralın 5-də olsa da, Çebanov artıq ayın 4-də polisə ərizə yazmışdı. Təbii ki, Korovaykin və Oskanovun təlimatı ilə.
Kafedəki görüş zamanı Çerbanov əvvəlcədən razılaşdırılmadığı halda Sadıqova 5 500 000 rubl verir və əməliyyat başlayır. Əslində isə bu vəsait "NEBUQ"un almaq istədiyi 17 obyekt üçün avans idi. Çünki tərəflər arasında 17 fevrala nəzərdə tutulan arbitraja qədər sülh əldə edilmişdi. Bundan başqa Sadıqovun avansı aldığına dair sənəd imzaladığı deyilir, ancaq sonra bu sənəd istintaqdan gizlədilir. Məqsəd Sadıqovu hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırmaq idi. "Bunlar göstərir ki, Sadıqov sadəcə qurbandır. Ancaq buna baxmayaraq, qanunsuz cinayət işinin istintaqı davam edir. Hər iki şəxs həbsdədir və barələrindəki həbs qətimkan tədbiri dəyişdirilməyib. Bir neçə mənbə bildirib ki, Sadıqova qarşı əməliyyatda Ukrayna xüsusi xidmət orqanlarının da izi ola bilər. Onların məqsədi Sadıqovu Donbasdakı böhranın tənzimlənməsi prosesindən və Ukrayna istiqamətində əlaqələndirmədən kənarlaşdırmaqdır. Qeyd olunduğu kimi, Çebanov Poroşenkonun yaxın ətrafı ilə biznes əlaqəsinə malikdir, üstəlik Avakovla qohumdur. Həmçinin bu yolla Sadıqovu erməni radikallar da cəzalandıra bilər. Çünki son zamanlar o, ana vətəni olan Gürcüstanda erməni döyüşçüyə abidə qoyulmasına qarşı açıq çıxışlar edib",- deyə sayt yazib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-03-2019, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-03-2019, 10:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16