reklam
Regionxeberlericom.az » Araşdırma » Məhkəmə başladı - Fazil Mustafanın da iştirakı tələb olunur

reklam

Məhkəmə başladı - Fazil Mustafanın da iştirakı tələb olunur

















Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda tərəflərin hüquqları izah edilib, ilkin dinləmələr keçirilib.

Sui-qəsdə görə 5 nəfər-Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov mühakimə edilir. Onların vəkillərinin ilk vəsatəti müvəkkillərinin ev dustaqlığına buraxılması ilə bağlı olub.

Sədrlik edən hakim Elnur Nuriyev qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək, vəsatəti rədd edib. 

Müttəhimlər özləri isə müdafiəçiləri ilə birgə  zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsini tələb ediblər. 

Hakim deputatın məhkəmə baxışında iştirakının təmin ediləcəyini deyib. 

İlk baxış iclası yanvarın 22-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin martında deputata qarşı sui-qəsd cəhdi olub. F.Mustafa  “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb.

Cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.

Terror aktında təqsirləndirilən 5 nəfər Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.




Paylaş:


Müəllif : Tarix:
12-01-2024, 19:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər