İranda həbsdə olan Fərid Səfərlinin anası oğlunun vəziyyətindən narahatdır - VİDEO
İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun vəziyyətindən narahatdır.
Xezerxeber.az-ın məlumatına görə, o, oğlunun intihar edəcəyindən qorxur.
Dilarə Əsgərovanın bildirib ki, oğlu ilə hər gün telefonla danışır. Artıq son vaxtlar Fəridin psixoloji vəziyyətinin yaxşı olmadığını görür.
D.Əsgərovanın sözlərinə görə, Fərid həm tutulmağına qarşı etiraz edir, həm də düşünür ki, ona alışqanlıq yaradan dərmanlar verə bilərlər: “Həmişə həyatını səmərəli keçirən Fərid bu cür şəraitdə günahsız yerə tutulması ilə barışa bilmir”.
Dilarə Əsgərova müraciətinin dövlət rəsmilərinə çatdırılmasını, tezliklə oğlunun azadlığa qovuşmasını istədiyini bildirib.
Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli ötən il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən Fəridlə əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.
Ətraflı süjetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2024, 23:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər