reklam
Regionxeberlericom.az » Araşdırma » “Tramp yazıçı Kerolun iddiası üzrə Nyu-Yorkda məhkəməyə gəldi” – CNN

reklam

“Tramp yazıçı Kerolun iddiası üzrə Nyu-Yorkda məhkəməyə gəldi” – CNN


















ABŞ-nin keçmiş prezidenti Donald Tramp onu zorlama və böhtanda ittiham edən yazıçı Elizabet Karolun işi üzrə məhkəmə iclasında iştirak etmək üçün Manhettendə federal məhkəməyə gəlib.

Bu barədə CNN məlumat yayıb.

Keçiriləcək iclasda münsiflər heyətinin seçiləcəyi, bundan sonra iddiaçı və cavabdehin məhkəmədə ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, bu iş üzrə ikinci məhkəmə prosesidir. 2023-cü ilin mayında Nyu-York məhkəməsindəki münsiflər heyəti Trampı zorlama və böhtanda ittiham edən Kerolun mülki iddiasında günahkar bilib. Daha sonra məhkəmə keçmiş liderin Kerola 5 milyon dollar ödəməli olduğuna dair qərar çıxarıb. Daha sonra yazıçı məhkəmədən onun qaldırdığı iddianı dəyişdirməsinə icazə verməsini xahiş edib - xüsusən də indi Trampdan ən azı 10 milyon dollar məbləğində təzminat tələb edir.

Xatırladaq ki, 2019-cu ildə bir neçə tanınmış nəşrin köşə yazarı olan Kerol 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində Trampın ona təcavüz etdiyini iddia etdiyi bir kitab nəşr edib. O, məhkəməyə müvafiq iddia qaldırmışdı, lakin sonra iş davam etmədi. 2022-ci ilin noyabrında amerikalı qadın eks-prezidentə qarşı yeni iddia qaldıraraq onu böhtan və zorlamanı inkar etməkdə ittiham edib. Tramp öz növbəsində dəfələrlə bu ittihamları rədd edərək, Kerolla heç vaxt görüşmədiyini deyib.




Paylaş:


Müəllif : Tarix:
16-01-2024, 21:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər