Zeytun yağlı qatığın möcüzəvi faydaları
Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Qatığın isə tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur. Bu iki qidanı birləşdirdikdə onların faydaları daha da atmış olur. Onu müntəzəm olaraq istehlak etmək bədənimizin sağlam işləməsinə kömək edə bilər.Foodinfo.az zeytun yağlı qatığın möcüzəvi faydalarını təqdim edir:1. Həzm sistemi sağlamlığı üçünZeytun yağlı qatıqda probiotiklər, yəni faydalı bakteriyalar var. Bu bakteriyalar həzm sistemini tənzimləyir, bağırsaq sağlamlığını qoruyur və həzmi asanlaşdırır. Bu şəkildə qəbizlik və həzm sistemi pozğunluqları ilə mübarizə aparmağa kömək edir. 2. Dəri sağlamlığını dəstəkləyir Müntəzəm olaraq zeytun yağlı qatıq istehlakı dəri sağlamlığına müsbət təsir göstərir. Qatığın tərkibindəki probiotiklər dərinin sağalmasına kömək edərkən, zeytun yağı da dərinin nəm balansını qoruyaraq sağlam dəri görünüşünə töhfə verir. 3. Kalsium deposuQatıq kalsiumla zəngin qidadır. Bundan əlavə, zeytun yağlı qatıqda kalsiumun udulmasını artırmağa kömək edən yağ turşuları var. Beləliklə, sümük sağlamlığını dəstəkləyir və osteoporoz kimi sümük itkisi problemlərinin qarşısını alır.4. Antioksidantlarla zəngindir Zeytun yağı antioksidantlarla zəngindir. Bu şəkildə zeytunyağlı qatıq bədəndəki sərbəst radikallarla mübarizə apararaq xərçəng və digər xroniki xəstəliklər riskini azaltmağa kömək edir. 5. Çəki nəzarətini dəstəkləyir Bu ikili toxluq hissi verir və bununla da çəki nəzarətini dəstəkləyir. Həm də aşağı kalorili olduğu üçün pəhriz saxlayanlar üçün ideal bir seçimdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2024, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər