reklam
Regionxeberlericom.az » Araşdırma » Mebel sexindəki partlayışla bağlı açıqlama – “Bir neçə versiya var”

reklam

Mebel sexindəki partlayışla bağlı açıqlama – “Bir neçə versiya var”


















“Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir”.

RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.

“İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib”, - Kamran Əliyev qeyd edib.

Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb.




Paylaş:


Müəllif : Tarix:
20-01-2024, 12:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər