reklam
Regionxeberlericom.az » Araşdırma » Jurnalistlər “Nikosayağı”nın məhkəməsinə buraxılmadı

reklam

Jurnalistlər “Nikosayağı”nın məhkəməsinə buraxılmadı

















“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa media nümayəndələri buraxılmayıb.

KİV nümayəndələrinə verilən məlumata görə, iclasa sədrlik edən hakim Samir Əliyevin prosesin qapalı keçirilməsi haqda göstərişi var.

Qanuna görə, hazırlıq və hökm elan edilan iclaslar açıq keçirilməlidir. Əgər cinayət işi materiallarında ailə və kommersiya sirri olarsa, məhkəmənin baxış iclasları qapalı keçirilə bilər. Amma bu işdə hansı səbəbdən jurnalistlərin prosesi işıqlandırmasına icazə verilməməsinin dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. 

Faktla bağlı cinayət işi başlanıb. “Nikosayağı”ya Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.  

Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 10:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər