Azərbaycanda uşaqları və qadınları hədəf alan təhlükə... - Bu qidaları yeyin!
Xəbər verdiyimiz kimi, AQTA sədri Qoşqar Təhməzli Azərbaycanda 5 yaşadək uşaqların 24,2 faizində anemiya, yəni qanazlığı olduğunu açıqlayıb. Onun sözlərinə görə, qadınlar arasında isə bu göstəricilər daha yüksəkdir. Belə ki, qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması isə 40,4 faizə çatıb.
Bəs ildən-ilə artan bu xəstəliyin qarşısını almaq üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan həkim-dietoloq Nərgiz Nəzirova xəstəliyin vaxtında aşkarlanmasının əhəmiyyətini xüsusi vurğulayıb:
“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik başqa xəstəliklərdən fərqli olaraq, uzun müddət gizli keçir. Uşaq əsəb keçirir, yuxusu pozulur, ağlağan olur, yeməkdən imtina edir, nəticədə arıqlayıb inkişafdan qalır. Yeniyetmələr baş ağrısından, tez yorulmadan, ürək döyüntüsündən şikayət edirlər. Qanazlığı, onun səbəbləri və nəticələri barəsində çoxları xəbərsizdir. Bu xəstəliyə əhəmiyyət vermir, çox vaxt həkimə müraciət etməyə belə ehtiyac görmürlər".
N.Nəzirova qan azlığının qarşısını almaq üçün ən vacib qaydaları açıqlayıb:
Qanazlığı və ya anemiya qırmızı qan hüceyrələrinin sayının, hemoqlobin konsentrasiyasının normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir.
Hemoqlobinin qanda norması (daha aydın olması üçün köhnə göstəricilərlə ):
• kişilərdə 130-180 q/l
• qadınlarda 120-170 q/l
• hamilə qadınlarda ən aşağı göstərici 110 q/l”
Hemoqlobinin normal yaranması üçün bunlara əməl etmək lazımdır:
-Qəbul etdiyimiz qidanın tərkibində kifayət qədər dəmir olmalıdır;
-Qida rasionunda heyvan mənşəli zülalın çox olması;
-B12 ve fol turşusu xüsusi əhəmiyyət daşıyır;
Həkim-dietoloq anemiyanın əlamətlərini də sadalayıb:
-Başgicəllənmə, yorğunluq, tənginəfəslik, baş ağrıları, taxikardiya, arterial təzyiqin düşməsi;
-Rəngin açılması, tərləmə, qulaqda səs-küy, ağızda quruluq, nəbzin zəifliyi və tezləşməsi;
-Dırnaqların nazikləşməsi, qırılması;
-Saçların tökülməsi ve çox gec bərpası;
-Dad ve iy pozulmaları;
-Səbəbsiz qızdırmanın artması 37-37,5° qədər.
Dəmir defisitini bərpa etmək üçün dəmirlə zəngin olan ərzaq və qidalar yemək lazımdır:
-Ət və ət məhsulları (qara ciyər, dil, böyrək), toyuq, hind toyuğu
-Sıyıqlar və yarmalar (qarabaşaq, çovdar, arpa, mərci, lobya, noxud, paxlalı bitkilər)
-Tərəvəz ve göyərti (pomidor, kartof, soğan, boranı, çuğundur, yaşıl tərəvəzlər, ispanaq, cəfəri,keşniş)
-Meyvələr (qırmızı alma, gavalı, banan, nar, armud, xurma, heyva, şaftalı, ərik)
-Giləmeyvələr (qara qarağat, çiyələk, qaragilə, üzüm, moruq)
-Qoz, qara kürü, dəniz məhsulları, yumurtanın sarısı, qara tünd şokolad, göbələk, quru meyvəler, hematogen.
N.Nəzirova bildirir ki, təkcə dəmirlə zəngin qidalarla orqanizm dəmirin bərpasını gec tənzimləyir. Ona görə də mütləq həkim məsləhəti ilə dəmir preparatlarından istifadə etmək lazımdır. Bu preparatlar minimum 6 ay ərzində mütləq C vitamini ile birgə qəbul olunmalıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-09-2019, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-09-2019, 14:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16