reklam
Regionxeberlericom.az » Araşdırma » Navalnının cəsədini həbsxanadan çıxarmış avtomobil aşkar edildi?..- "Mediazona"

reklam

Navalnının cəsədini həbsxanadan çıxarmış avtomobil aşkar edildi?..- "Mediazona"













Rusiya media mənsubları video-kameralar vasitəsilə müxalifət lideri Aleksey Navalnının cəsədinin daşınmış ola biləcəyi Federal Penitensiar Xidmətin(FPX) kortejini müəyyən ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Mediazona" telegram-kanalı məlumat yayıb.

Rusiya mediası Ob çayının kəsişməsindəvideo-müşahidə kameralarının qeydlərini öyrənə bilib - bu, Labitnangidən Salexarda gedən yeganə quru yoldur. Küçə veb-kameralarına ictimai giriş yerli internet provayderlərindən birinin saytında tapılıb - onlar yerli sakinlərə keçidin vəziyyətini qiymətləndirmək və bərə növbələrini müşahidə etmək imkanı verir. Orada bir həftəlik qeydlər saxlanılır.

Belə ki, sözügedən saytda fevralın 16-da saat 23:55-də FPX korteji qeydə alınıb. Məhz onun Navalnının cəsədini daşıdığı güman edilir. Yəni FPX əməkdaşları Navalnının cəsədini anası Lyudmila və vəkilləri həbsxanaya yollanan gecə qəsdən koloniyadan Salexarda aparıblar.




Paylaş:


Müəllif : Tarix:
19-02-2024, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər