reklam
Regionxeberlericom.az » Araşdırma » Ötən il qeyri-döyüş şəraitində Azərbaycan 48 hərbçi itirib – XHTİ-nin hesabatı

reklam

Ötən il qeyri-döyüş şəraitində Azərbaycan 48 hərbçi itirib – XHTİ-nin hesabatı


















2023-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 260 hərbi qulluqçu itirib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) sonuncu hesabatında deyilir.

Bildirilir ki, bunlardan 212-si döyüş (erməni güllələri və mina partlayışları), 48-i isə qeyri-döyüş itkiləridir.

“Ümumilikdə, 2023-cü ildə 208 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisəsi və ya müxtəlif avtomobil qəzalarından, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-qanuni hadisədən, 2 nəfər silahlı basqınlardan, 1 nəfər ehtiyatsızlıqdan, 6 nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

2023-cü ildə ümumilikdə 20 hərbçi intihar edib”, - hesabatda qeyd olunur.

Bildirilir ki, bu müddətdə dünyasını dəyişənlərdən 228-i Müdafiə Nazirliyinin əməkdaşlarıdır:

“Yerdə qalanlardan 9 nəfər Dövlət Sərhəd Xidmətinin, 3 nəfər Fövqəladə Hallar Nazirliyinin, 17 nəfər Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizəsi Departamentinin, 1 nəfər Ədliyyə Nazirliyinin və 1 nəfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbi Təhlükəsizlik Departamentinin əməkdaşıdır”.

Hesabatda, həmçinin qeyd olunur ki, 2023-cü ildə əksəriyyəti erməni güllələrindən və mina partlayışlarından olmaqla ümumilikdə 536 hərbçi yaralanıb.

Qeyd edək ki, XHTİ-nin rəsmi saytında İnstitutun 2015-ci ilin yanvarında yaradıldığı bildirilir. Qeyd olunur ki, analitik mərkəzin təhlilini apardığı əsas məsələlər insan haqları, silahlanma, korrupsiya, təhlükəsizlik və müdafiə sektorunda islahatlarla bağlı proseslərdir.

“Bu istiqamətdə institut təkcə Azərbaycanı deyil, Gürcüstan və Ermənistanı da araşdırır və bu üç Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir”, - XHTİ-nin rəsmi saytında bildirilir.




Paylaş:


Müəllif : Tarix:
22-02-2024, 10:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər